Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən getdi15 fev 2018 - 13:21905 Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.Bu barədə Oxu.Az-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib.Bildirilib ki, L.Seyidbəyova öz ərizəsi ilə işdən ayrılıb.Hələlik onun yerinə təyinat olmayıb.Qeyd edək ki, Leyla Seyidbəyova tibb elmləri üzrə fəlsəfə doktorudur, o, əvvəllər Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Sosial25 avq 2017, 10:36Mərkəzi Neftçilər Xəstəxanasında görülən işlər səhiyyəmizin inkişafında mühüm rol oynayır