backend

ABŞ İrana qarşı — Suriyada enerji savaşı

ABŞ İrana qarşı — Suriyada enerji savaşı













Suriyanın şərqində ABŞ və müttəfiqi PYD/PKK qruplaşması ilə İran qüvvələri arasında enerji sahələri uğrunda mübarizə davam edir.
İran silahlı qüvvələri enerji zəngini Deyr-əz-Zorda PYD/PKK işğalı altında olan Koniko qaz sahəsini ələ keçirmək üçün hücuma keçib. ABŞ isə İran silahlılarına bombardmanla cavab verib.

Ötən həftədən davam edən hücum hələ də davam edir. İran qüvvələri ilə PKK/PYD qruplaşması arasında toqquşmalar davam edir. Qruplaşma İran qüvvələrinin olduğu Haşşam Mırat və Salihiya kəndlərinə zərbələr endirib. Dünən gecə saatlarında isə ABŞ qırıcıları Haşşam kəndinə hücum edib. Amerikalı əskərlər isə, İranın hücumunun qarşısını almaq üçün Koniko qaz fabrikinə yerləşiblər.
İraq sərhədinə yaxın yerləşən Deyr-əz-Zor ölkənin ən böyük enerji mənbəyidir. Şəhəri iki yerə bölən Fərat çayının şərqində Suriyanın ən böyük neft sahəsindən ibarət 11 yataq var.

Hazırda çayın şərqinə PKK/PYD, qərbinə isə Əsəd rejimi nəzarət edir.