backend

Türkiyə hərbi bazalarından islamçılara qarşı istifadəyə icazə verdi

Türkiyə hərbi bazalarından islamçılara qarşı istifadəyə icazə verdi






















Söhbət Suriyadan 160 km məsafədə yerləşən İncirlikdən gedir.

ABŞ prezidenti administrasiyasının milli təhlükəsizlik müşaviri Syuzan Rays bəyan edib ki, Türkiyə öz hərbi bazalarını İraq və Suriyada “İslam dövləti” qruplaşmasına (İŞİD) zərbələr endirən müttəfiqlərin aviasiyasının istifadəsinə verməyə hazırdır.

qaynarxett.az BBC-yə istinadən xəbər verir ki, Rays Türkiyə rəhbərliyinin bu qərarını alqışlayaraq, söhbətin Suriya sərhədindən 160 km məsafədə yerləşən İncirlik bazasından getdiyini bildirib.

ABŞ nümayəndəsinin sözlərinə görə, Türkiyənin İŞİD-ə qarşı əməliyyatda sonrakı iştirakı barədə danışıqlar davam edir.