backend

"Ankaranın hərbi uğurlardan vəcdə gəlib Vaşinqtonla bu ritorika ilə danışması çox risklidir..."

"Ankaranın hərbi uğurlardan vəcdə gəlib Vaşinqtonla bu ritorika ilə danışması çox risklidir..."

“Məncə, Ərdoğan - Tillerson görüşü yaranmış problemlərə işgüzar və reallıqlara uyğun yanaşılarsa Türkiyə və ABŞ arasında gərginliyi qismən azalda və etimadsızlıq buzunu əridə bilər."

Bunu tanınmış siyasi icmalçı, professor Qulu Məhərrəmli Moderator.az -a açıqlamasında bildirib:
"Türkiyə öz tələblərində tam haqlıdır ki, onun mübarizə apardığı hərbi qüvvə PKK-nın bir qoludur və həmin silahlı qrupların zərərsizləşdirilməsi Ankaranın təhlükəsizlik maraqlarından qaynaqlanır. Bəs ABŞ nə istəyir? Bu istəyin təmin olunması yönündə maraqlar üst-üstə düşürmü? Yəqin ki, NATO üzrə müttəfiqlərin əsas müzakirə mövzusu bu olub.

Əlbəttə, Türkiyənin öz mövqeyində israrlı olması ABŞ-ı müəyyən manevrlərə vadar edə bilər, amma bu, Ərdoğana “tokat” söhbətini genişləndirməyə əsas verməməlidir. Məncə, hərbi uğurlardan vəcdə gəlib Vaşinqtonla bu ritorika ilə danışmağın xeyrindən çox ziyanı ola bilər. Düzdür, bu dəqiqə Rusiya çox qovrulur ki, Türkiyə-ABŞ münasibətləri daha da gərginləşsin, amma məncə, Ankaranın hərbi-siyasi tələyə düşməməsi üçün variantları vardır. Bütün hallarda hazırda Arfin hadisələri hərbi-siyasi böhrana doğru gedir və burada çox gözlənilməzliklər, o cümlədən qardaş Türkiyənin xeyrinə olmayan proseslər ola bilər.

Qaynarxett.az