backend

TƏCİLİ!!! İctimai nəqliyyat bu şəxslərə PULSUZ... - AÇIQLAMA

TƏCİLİ!!! İctimai nəqliyyat bu şəxslərə PULSUZ... -  AÇIQLAMA

Türkiyədə şəhid ailələri, qazilər, qazi yaxınları, əlillər və dövlət idmançıları ictimai nəqliyyatdan pulsuz istifadə edirlər

Bu 12 iyul 2013-cü ildə qəbul edilən 4736 nömrəli qanunda öz əksini tapır. Həmin qanuna əsasən, pulsuz səyahət üçün qeyd olunan şəxslərə xüsusi kartlar verilir.

Ölkəmizdə isə bu siyahı Türkiyəyə nisbətdə fərqlidir. Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirir ki, hazırki qanunverciliye görə, xidməti vəzifəsinin icrası zamanı polis, çağırış üzrə xidmət edən hərbi qulluqçular, yəni əsgərlər, bir də 5 yaşına qədər olan uşaqlar ictimai nəqiyyatdan pulsuz istifadə edə bilir. Bu kateqoriyadakı şəxslər kart vurmadan ictimai nəqliyyata daxil olmalıdılar. Gələcəkdə bunun şəhid ailələrinə tədbiq olunması üçün hələ ki, heç bir təklif yoxdur.

Millət vəkili Fazil Mustafa məsələ ilə balı açıqlamasında qeyd edir ki, bu qanunun qəbul olunması ehtimalı çox azdır:

“ Biz bunu Qarabağ veteranlarına müavinətlə əvəz etdik. Əslində isə olmalıdır. Bununla bağlı bir nümunə deyim. Daşkənd metrosu eyni vaxtda 62000 adam tutur. Bütün təqaüdlülərə metro pulsuzdur.”
Fia.Az