backend

Bakıda xidmətçi işlədiyi evdən 30 min pul oğurladı

Bakıda xidmətçi işlədiyi evdən 30 min pul oğurladı






















26 yaşlı Sevda saxlanılıb.

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.

qaynarxett.az-nun məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 3-də, Badamdar qəsəbəsində yaşayan Anarə Məmmədova ərizə ilə Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, avqustun 27-dən sentyabrın 1-dək olan müddətdə evində xidmətçilik edən Sevda adlı qadın seyfi öz açarı ilə açaraq 30 min manat oğurlayıb.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Sevda Allahverdiyeva tutulub.