Erməni ekspertdən ŞOK ÇAĞIRIŞ - Bakı və Ankaraya HÜCUM...
669
Ermənistanın kütləvi informasiya vasitələri Türkiyənin Afrində başladığı əməliyyatlardan qıcıqlandığını açıq etiraf edirlər. Son günlər açıq təhdid dolu bəyanətları erməni hərbi ekspertlər də səsləndirir.
“Ermənistan PYD/YPG-yə Türkiyə ilə müharibədə dəstək verməlidir”.
Bu barədə Rusiyanın erməni əsilli hərbi eksperti Semyon Baqdasarov deyib. Moskva-İrəvan canlı konfransında çıxış edən Baqdasarov Türkiyənin “tarixi düşmənimiz” olduğunu bildirib. “Oturmamalı, ortaq tarixi düşmənimiz Türkiyəyə qarşı güclərimizi səfərbər etməliyik. Türkiyənin cənub-şərqi Ermənistanla sərhəddir. Unutmamalıyıq ki, bura Qərbi Ermənistan torpağıdır”, - deyə o iddia edib. Baqdasarov Ermənistanın PKK/PYD-yə Türkiyə ilə mübarizədə dəstək verməsini vacibliyini vurğulayaraq, əlavə edib ki, “PKK və PYD/YPG liderləri ilə Qarabağda hərbi ittifaq qurmalıyıq”.