backend

“WhatsApp”dan daha bir yenilik

“WhatsApp”dan daha bir yenilik














Məşhur mesajlaşma proqramı “WhatsApp”, istifadəçilərinin bütün məlumatlarını yükləyə biləcəyi bir xüsusiyyət əlavə edir.
AZTB.info xəbər verir ki, 2.18.50 beta versiyasında istifadəçilərə məlumatlarını yükləməyə imkanı verəcək xüsusiyyət tezliklə təqdim ediləcək.

Şəxsi gizliliyə önəm verən Avropa ölkələrinin hüquqi münasibəti “WhatsApp”ın bu xüsusiyyətə əlavə etməsinə səbəb olub. Bu funksiyanı istifadə etmək istəyən istifadəçilər tətbiqin parametrlər bölməsində “Hesabım”, sonra isə “Məlumatları Yükləyin” düyməsinə basmalıdırlar.
Düyməni basdıqdan dərhal sonra məumatlar endirilmir. Əvvəlcə bütün məlumatların yüklənməsi üçün müraciət edirsiniz. Bir müddətdən sonra məlumatlarınızın hazır olduğu xəbəri verilir və 1 düyməyə basmaqla bütün məlumatları rahat şəkildə yükləyə bilirsiniz.