backend

Bakıda meyiti tapılan gəncin kimliyi məlum oldu — FOTO

Bakıda meyiti tapılan gəncin kimliyi məlum oldu — FOTO













Dünən səhər saatlarında Bakının Nizami küçəsi ("Tarqovıy" məhəllə adlanan ərazi) 50 ünvanının qarşısında meyiti tapılan gəncin şəxsiyyəti müəyyənləşdirilib.
"Ölkə.Az" xəbər verir ki, ölən şəxsin Abbasqulu Abbaszadə küçəsində yaşayan 1986-cı il təvəllüdlü Mikayılov Rasim Sərdar oğlu olması müəyyən edilib. Ölən şəxsin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Onun ölüm səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

***

Fevralın 19-da Səbail rayonunun Nizami küçəsindəki yaşayış binalarının birinin həyətində təxminən 25-30 yaşlarında olan naməlum kişi meyiti aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Ölkə.az-a bildirilib ki, onun xarakterik əlamətləri belədir: boyu 160-170 santimetr, arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Sağ biləyində 5 ədəd nöqtə şəkli olan döymə var.

Əynində göy rəngli gödəkçə, mavi rəngli cins şalvar, ağ zolaqları olan qara rəngli idman ayaqqabısı var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə (012) 498-02-02, həmçinin (050) 636-60-60, (055) 332-32-38, (051) 409-28-89 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.