backend

İran qarışdı — 5 polis öldürüldü, 30 polis yaralı

İran qarışdı — 5 polis öldürüldü, 30 polis yaralı













İranın paytaxtı Tehranda "Qonabadi dərvişləri" adlı təriqət üzvləi ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.
AZTB.info xəbər verir ki, toqquşmalar zamanı 5 polis əməkdaşı öldürülüb, 30 nəfər isə xəsarət alıb.
İran polis təşkilatının mətbuat katibi Sait Müntəzirülmehdi səhər saatlarında baş verən toqquşmalarda ən azı 300 təriqət üzvünün saxlanıldığını bildirib. Toqquşmalarda bəzi etirazçıların yaralandığını bildirən Sait, yaralı təriqət üzvlərinin sayı haqqında məlumat verməyib.

Həlak olan polis əməkdaşlarından 3-2 kütlənin üzərinə sürülən avtobusun altında qalıb. Polislərdən biri avtomobil ilə edilən hücum nəticəsində, digəri isə bıçaqlanma nəticəsində ölüb.
Təriqət üzvü Nemətulla Reyahinin dünən saxlanılmasına etiraz edən təriqət üzvlərindən ibarət qrup Tehranın Pasdaran bölgəsində Reyahinin saxlandığı polis bölməsinin qarşısına toplaşıb. Polisin xəbərdarlıqlarını vecinə almayan kütlə ilə təhlükəsizlik qüvvələri arasında təriqət lideri Nur Əli Tabendenin evinin ətrafında toqquşma baş verib.

Qeyd edək ki, "Qonabadi" təriqəti Hicrətin 8-ci əsrində qurulan və 12 imama aid şiə təriqətidir.