Suraxanı icra hakimiyyətində pul "razborka"sı

Bolge 13-10-2014, 19:38
Suraxanı icra hakimiyyətində pul "razborka"sı
























“Qulaqburması”na Suraxanı rayonu İH-nin məsul şəxsləri haqda ilginc məlumatlar daxil olub. Bildirilir ki, bu yaxınlarda Suraxanıda maraqlı bir hadisə baş verib. Belə ki, Suraxanı rayonu, Hövsan qəsəbəsinin icra mümayəndəsi Ağasəlim Əliyev,Suraxanı rayon İH-nin şöbə müdiri Pənah Səfərovun qardaşı Səməd Səfərov,İH-nin məsləhətçisi Mobil Süleymanov və bunların “şilləvuranı” Yusif Süleymanov birləşərək Hövsan qəsəbəsində 20 hektara yaxın torpaq sahəsini sataraq bu alqı-satqıdan Suraxanı rayonu İH-nin başçısı İlqar Abbasova çatacaq 2 milyona yaxın pulu başçıya “atıblar”. Özü də əlil və şəhid ailələri üçün nəzərdə tutulan bu torpaq sahələri başqa adamlara satılıb. İcra nümayəndəsi A.Əliyev də dədə-baba torpağı adıyla bir akt sənədi düzəldərək torpaqların dalına keçib.İndi də hər gün İH-nin başçısıyla yuxarıda adları çəkilən şəxslər arasında pulun bölüşdürülməsi uğrunda"razborka"gedir.Torpaqların satılmasını icra etmək üçün bunlara yaşıl işıq yandıran icra başçısı da öz "halal" pulunu ala bilmir.
Torpağın bir sotunu 5000 AZN-ə satan bu adamların pulunun,mal-mülkünün,ticarət obyektlərinin sayi-hesabı yoxdur. “Qulaqburması” Sovetskidə evləri sökülən insanların nəzərinə çatdırır ki, əgər Hövsan qəsəbəsində torpaq almaq istəsələr qəsəbə icra nümayəndəsi Ağasəlim Əliyevə müraciət edə bilərlər.Bu adam dərhal onların işlərini düzüb-qoşacaq.
“Qulaqburması”
Oxunub: 1 027
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10