backend

Xədicə İsmayılovaya ölkədən çıxmağa qadağa qoyuldu

Xədicə İsmayılovaya ölkədən çıxmağa qadağa qoyuldu






















“Onun istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb”.

Baş Prokurorluq “Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılovanın ölkədən buraxılmamasının səbəblərini açıqlayıb.

qaynarxett.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-nın sorğusuna cavabında bildirdiyinə görə, Xədicə İsmayılovanın hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaqı aparılan cinayət işi ilə bağlıdır: “Onun qeyd edilən cinayət işi üzrə əlavə olaraq şahid qismində dindirilməsi, həmçinin aparılacaq digər istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. Bu səbəbdən də onun ölkədən çıxmasına məhdudiyyət qoyulub”.

Qeyd edək ki, X.İsmayılova oktyabrın 12-də Çexiyaya getmək istəyərkən ölkədən buraxılmayıb.