backend

“Sizin “işinizin” üstünü açmaq üçün...” — Saakaşvili Ukraynaya qayıtmaq istəyir

“Sizin “işinizin” üstünü açmaq üçün...” — Saakaşvili Ukraynaya qayıtmaq istəyir














Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili yeni bəyanatla çıxış edib.
AZTB.info xəbər verir ki, bununla bağlı o, feysbukdakı səhifəsində yazıb. O bildiirb ki, istintaq hərəkətlərinin aparılması üçün Ukraynaya qayıtmağa hazırdır.

"Mən bütün istintaq hərəkətlərini keçmək üçün Ukraynaya qayıtmağa hazıram ki, sizin "işinizin” üstünü açım”, - deyə eks-prezident qeyd edib.
Qeyd edək ki, daha öncə Ukrayna Baş Prokurorluğu Niderland hüquq-mühafizə orqanlarına beynəlxalq hüquqi tapşırıqla müraciət etmişdi ki, Saakaşvilinin səs nümunələri götürülsün.

Xatırladaq ki, fevralın 12-də Saakaşvili Kiyevdə restoranlardan birində saxlanılıb və Polşaya deportasiya edilib. Buradan o, Niderlanda köçüb. Saakaşvilinin Ukraynaya girişi 2021-ci ilə qədər qadağan olunub.