backend

Meyitlərin dərisini kim soyub? - Hərbi operator: `Çingiz özünü reklam edirdi` (VİDEO)

Meyitlərin dərisini kim soyub? - Hərbi operator: `Çingiz özünü reklam edirdi` (VİDEO)

Seyidağa Mövsümlü Azərbaycan Ordusunun ilk hərbi operatoru sayılır. Ermənilərin Xocalıda törətdikləri soyqırımı ilk olaraq məhz o, kameranın yaddaşına həkk edib.

S.Mövsümlü müsahibəsində Xocalı həqiqətlərinin qaranlıqda qalan məqamlarından danışır:

- Həmin vaxt Xocalıda işləyirdim. Yaralı zabit idim. Hospitaldan çıxandan sonra mərhum general Zaur Rzayev mənə dedi ki, operator olub, əsgər və zabitləri çəkməlisən. Gələcək nəsil Azərbaycan uğurunda vuruşan igidləri tanımalıdır. Beləliklə, 1992-ci ilin fevarl ayında Azərbaycan Respublikasının ilk hərbi reportyoru olmağımla bağlı əmr verildi.



Ayın 26-sı, səhər tezdən işə gələndə kapitan Mirsaleh Axundovun ağladığını gördüm. Soruşdum, nə baş verib? Dedi ki, Xocalıda dəhşət yaşanır, soyqırımı olub. Həmin vaxt yeganə informasiya mənbəyi dövlət televiziyası və radiosu idi. O vaxtkı rəhbərlik Ayaz Mütəllibov və onun mətbuat xidmətinin birbaşa təkidi ilə yayımladılar ki, guya Xocalıda iki nəfər şəhid olub. Xəbər məhz bu şəkildə bütün dünya mətbuatına yayıldı.

Mənə dedilər ki, təcili Ağdama getməliyəm. Gedib Azərbaycan Dövlət Televiziyasından çəkiliş üçün kamera istədim, amma vermədilər. Birdən yadıma düşdü ki, keçmiş millət vəkili Etibar Məmmədovun “Sony” markalı kiçik kamerası var. Onlara gedib, kameranı istədim. Sağ olsun, kameranı verib dedi ki, get, millətimizin dərdini çək, bu, lazımdır. Fevralın 26-da mən helikopterlə Ağdama gəldim.

Fevralın 26-sı, saat 12-nin yarısı idi. Xocalıdan qaçan soydaşlarımız Ağdammehmanxanasının qarşısına toplaşmışdılar. Onlar dəhşətli vəziyyətdə idilər, qulaqları, burunları kəsilmişdi. Əziyyət, işgəncəyə məruz qalmış halda idilər. Mən Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovu tapdım və dedim ki, bu soyqrımı faktı təcili çəkilməlidir. Sağ olsun, məni başa düşdü və biz birlikdə onun maşınında Əsgəranla Ağdamın sərhədində yerləşən Qarağacı qəbirstanlığının yanına gəldik.



Həmin vaxt orada olan maşından bir nəfər düşdü. Sonradan məlum oldu ki, o, Əsgəran batalyonunun komandiri Vitalik Baqdasaryandır. Hiss elədim ki, o, Allahverdidən qorxurdu. Allahverdi ilə onun arasında uzun söhbət oldu. Vitalik dedi ki, Allahverdi, yuxarıdan icazə vermirlər. Allahverdi dedi ki, bu soyqırımı ermənilər törədib. Vitalik isə cavab verdi ki, biz yox, Xankəndinə yerləşən 366-cı rus alayı edib: “Alay irəlidə gedirdi. Tanklarla camaatı qırırdılar. Biz - ermənilər ölməyən, yaralı azərbaycanlıları öldürmüşük”.

Hazırda həmin Vitalik sağdır və Ermənistanın Müdafiə Nazirliyində çalışır, general-mayor rütbəsi var. O, açıq şəkildə mənə etiraf edib ki, rusların əlindən sağ çıxmış azərbaycanlılara ermənilər divan tutublar.
Meyitlərin dərisini kim soyub? - Hərbi operator: `Çingiz özünü reklam edirdi` (VİDEO)
...Səhv etmirəmsə, Vitalik Koçaryanla danışdı və icazə ala bildi. Vitalikin olduğu erməni maşınına mindim. Allahverdi Bağırovun olduğu maşın isə orada qaldı. Ermənilər əllərində olan avtomatın qundağı ilə arxadan kürəyimə vurub, deyirdilər ki, siz türkələrin hamınızı qıracağıq, Bakıya qədər gələcəyik. Mən də Ulu Tanırıdan özümə səbr diləyidim ki, bu faciəni çəkim, Azərbaycan xalqına qarşı törədilən soyqırımı dünyaya yayım.

Əsgəran qalasının ətrafında körpü var. Ora gəlib çatdıq. Həmin körpünün altında ermənilər bizim 30-a yaxın soydaşımızın başını kəsib, payalara keçirib, yola düzmüşdülər. Nəhayət, mən onları çəkməyə başladım. İki daşnak döyüşçüsü mənə nəzarət edirdi. Orada dəhşətli vəziyyətdə olan meyitlər vardı. Başlarının, üzlərinin dərisini soymuşdular.

- Həmin vaxt ora sizdən başqa başqa jurnalist gəlmişdi?

- Xeyr. Rəhmətlik Çingiz Mustafayev bir dəstə jurnalist-operatorla birlikdə fevralın 28-də günortadan sonra ədliyyə naziri Əfrasiyab Orucova məxsus helikopterlə ora gəlmişdilər.

- Yəni sizdən sonra?

- Bəli. Mən fevralın 26-dan orda idim. Amma onlar məndən iki gün sonra, yəni fevralın 28-də günorta 1-2 radələrində gəldilər. Çingizlə yanaşı, xarici reportyorlar da gəlmişdilər. Sonradan yayılan xəbərlərdə eşitdim ki, Çingiz də daxil olmaqla, bəziləri deyirlər ki, guya onlar gəlib 2-ci dəfə çəkiliş aparanda görüblər ki, eyni meyitlərin dərisi soyulub, guya ki, bunları Azərbaycan döyüşçüləri ediblər. Yalandır!!! Mən bir hərbi reportyor kimi bütün bunları öz gözümlə görmüşəm.
Meyitlərin dərisini kim soyub? - Hərbi operator: `Çingiz özünü reklam edirdi` (VİDEO)
Əvvəla, həmin qurupdakılar çox kiçik bir ərazini - Şellinin üst tərəfini çəkmişdilər. Onlar orada çəkiliş aparan zaman helikopterləri atəşə tutulub. Sonradan bir helikopter də gəlib, onları və bizim soydaşlarımızın meyitlərini ərazidən aparıb. O vaxta qədər artıq meyitlərin üzərində vəhşilik törədilmişdi.

Mən 26 fevralda orada işgəncəyə məruz qalmış cəsədləri görmüşdüm. Orada vuruşan Suriya mənşəli ermənilərin qəribə bir dəmir cihazı vardı. Dəmiri başın arxa tərəfinə soxur, beyni çəkib çıxarırdılar. Və yaxud üzün, başın dərisini soyub, evdə xatirə kimi saxlayırdılar ki, bunlar azərbaycanlılar, türklərdir. Orada 10-a yaxın qadının ayaqlarından trosla bağlayıb, BMP-nin arxasınca diri-diri sürümüşdülər. Bütün bunları ermənilər törətmişdilər.