backend

Moskvada Dağlıq Qarabağın müstəqilliyi tələb edildi!..- Həmsədr ölkədən daha bir XƏYANƏT ...

Moskvada Dağlıq Qarabağın müstəqilliyi tələb edildi!..- Həmsədr ölkədən daha bir XƏYANƏT ...

Fevralın 22-də Moskvada Azərbaycanın erməni işğalı altındakı torpaqlarında qondarılmış qurumun tanınması tələbi ilə geniş tədbir keçirilib.

Ermənipərəst “Regnum” nəşrinin ofisində keçirilmiş dəyirmi masada separatçı qurumun nümayəndələri ilə yanaşı, Rusiyanın bir sıra tanınmış şəxsləri, o cümlədən MDB Ölkələri İnstitutu, Rusiya Strateji Təhqiqatlar İnstitutu, Şərqşünaslıq İnstitutu, Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutu, Qara dəniz-Xəzər dənizi Regionunun Sosial_İqtisadi Təhqiqatları İnstitutunun nümayəndələri də qatılıblar.

1992-1996-cı illərdə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri və Rusiya prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi olmuş qatı ermənipərəst Vladimir Kazimirovun da xüsusi fəallıq göstərdiyi anti-Azərbaycan ruhlu tədbir “Azad Artsax”-30 il” adlı 9 dəqiqəlik slayd-şounun nümayişi ilə başlanıb. 13 məruzənin və çıxışların səsləndiyi dəyirmi masanın sonunda Dağlıq Qarabağın danışıqlarda 3-cü tərəf kimi iştirakı şərtinin də daxil olduğu 5 şərtin irəli sürüldüyü və yekunda Dağlıq Qarabağın müstəqilliyinin tanınması tələbi qoyulan BMT-yəmvə beynəlxalq ictimaiyyətə ünvanlanmış memorandum qəbul edilib…

P.S. Həmsədr ölkələrindən birinin paytaxtında keçirilmiş belə bir tədbirə cavab verib-verməmək Azərbaycan XİN-in səlahiyyətində olan bir məsələdir…Moderator.az

Moskvada Dağlıq Qarabağın müstəqilliyi tələb edildi!..- Həmsədr ölkədən daha bir XƏYANƏT ...