backend

Ermənistan ordusuna AGIR ZƏRBƏ - Şiddətli döyüşlər...

Ermənistan ordusuna AGIR ZƏRBƏ - Şiddətli döyüşlər...

“Ermənistan ordusuna böyük zərbə vuruldu”.

Turkustan.info xəbər verir ki, “Hürriyyet” qəzeti erməni hərbi birləşmələrinin təxribatı nəticəsində cəbhədə başlanan döyüşlər haqda yazıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edən qəzet Ermənistan ordusunun dünən gecə cəbhə xəttinin Xocavənd və Füzuli istiqamətindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə ağır silahlarla hücuma keçdiyini yazıb.

“Azərbaycan Ordusu isə hücuma qarşılıq verib. Şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusu Ermənistan ordusuna ağır zərbə vurub”, – deyə qəzetin məlumatında bildirilir.

QAYNARXETT.AZ