backend

Xalqımızın qan yaddaşı — Xocalı soyqırımının səbəbləri

Xalqımızın qan yaddaşı — Xocalı soyqırımının səbəbləri














Bu gün Xocalı faciəsindən 26 il ötür. Bu illər ərzində Xocalı barədə çox danışılıb, çox yazılıb.
Bu gün “Ölkə.Az” oxucularına Xocalı soyqırımı barədə bəzi mətləbləri çatdıracağıq.

Ermənilərin 1905-1907, 1917-1920, 1948-1953, 1988-ci ildən ta bu günədək ardıcıl və düşünülmüş şəkildə dünya ictimaiyyətinin rəyini çaşdırmaqla xalqımıza qarşı törətdikləri cinayətləri, soyqırım faktlarını dünyaya olduğu kimi təqdim etməliyik. Erməni daşnaklarının rus hərbi birləşmələrinə arxalanaraq, Azərbaycanda törətdikləri faciələr, qırğın və qətllər, insanların yurd-yuvalarından deportasiyası mahiyyətcə bir-birinə bağlıdır və məkrli məqsəd daşıyır. Bu addımların mərkəzində vəhşiliklər törətməklə Azərbaycanın tarixi torpaqlarmı erməniləşdirmək və "Böyük Ermənistan" xülyasını gerçəkliyə çevirmək məqsədi dayanır.

İstəklərinə çatmaq üçün terror üsullarından yararlanmağı üstün tutan separatçılar təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə, Gürcüstana və bir çox dövlətlərə qarşı da ərazi iddiaları irəli sürməkdədirlər. Onlar özlərinə qondarma tarix yaratdıqları kimi, "Dənizdən dənizə Böyük Ermənistan" xülyası ilə vətəndaşı olduqları dövlətlərə və ətraf qonşularına qarşı gizli və açıq təxribatlar törətməkdən çəkinmirlər. Erməni terrorunun bəşəriyyətə, insan həyatına qarşı çevrildiyi hələ 1906-cı ildə Tiflisdə Qafqaz canişinliyində erməni və müsəlman nümayəndə heyətinin danışıqlarında da müzakirə edilib. M.S. Ordubadinin "Qanlı illər" əsərində bu barədə Əhməd bəy Ağayevin, Əlimərdan bəy Topçubaşovun erməni terrorunun xalqların dinc yanaşı yaşama prinsiplərinə qarşı olduğunu, Qafqazda qeyri-sabitliyin əsasının qoyulduğunu söyləmələri, əsrin sonlarında da dünya siyasətçilərinin müzakirə mövzularındandır. Deməli, aradan keçən on illər, yüz illər belə ermənilərin düşüncələrinə təsir etməyib. Ermənilərin türk dünyasına qarşı həyata keçirdikləri terror hərəkətləri, soyuq müharibələr eyni metod və üsulla Azərbaycan türklərinə qarsı da yönəlib ki, onlar bu gün də öz qanlı fəaliyyətlərinə ara vermək fikrində deyillər.

1988-ci ilin fevral ayının 13-dən millətçi ermənilərin Xankəndində başlanan siyasi aksiyaları terror hərəkətlərinə, soyqırım faktlarına çevrildi. Həmin dövrdə Qarabağın azərbaycanlılar yaşayan kəndləri talan edilir, insanlar vəhşi üsullarla qətlə yetirilir, dinc əhaliyə mənəvipsixoloji təzyiqlər göstərilirdi ki, bu da Ermənistan tərəfindən Azərbaycana qarsı elan olunmamış müharibəyə gətirib çıxardı. Erməni vəhşiliyi 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımla yüzlərlə insanın, ahılların, qadınların, köməksiz əhalinin həyatına son qoydu. Şəhər yerlə-yeksan edildi, yer üzündən silindi. Bu qanlı cinayət XX əsrdə mülki əhaliyə qarşı törədilən 5 terrorizmin ən dəhşətli nümunəsidir. Xocalı faciəsi sıralarında 106 qadın və 23 uşaq olmaqla 613 nəfərin qətli ilə nəticələndi. 487 nəfər əlil oldu, 1275 nəfər erməni girovluğunun dəhşətli səhnələrini yaşadı. 150 nəfərin taleyindən indiyə kimi də bir xəbər yoxdur. Xocalı soyqırımını erməni terrorçu dəstələri, tərkibi erməni gizir və zabitlərindən ibarət olan keçmiş sovet ordusunun 366-cı alayı ilə birgə törətdilər.

Bu faciə zamanı törədilən vəhşilikləri sözlə təsvir etmək mümkün deyil. Bütöv ailələrin məhv edilməsi, insanların diri-diri yandırılması, öldürülən azərbaycanlıların cəsədlərinin belə təhqir olunması, insanların qulaqlarının kəsilməsi, dərisinin soyulması, bir neçə azyaşlı uşağın başının kəsilməsi, hamilə qadınların qarnını süngülərlə deşib, bətnindən körpənin çıxarılması. - bu faktlar faşizmin əlamətləridir. Erməni terror təşkilatı ASALA-nın fəal yaraqlılarından olan Vazgen Sisinyan Xocalıda azərbaycanlı körpələrin öldürülməsində iştirakmı etiraf etməkdən belə çəkinməyib.
Xocalı soyqırımında iştirakı təsdiqlənən, 1988-ci ilin 18 fevralında Xankəndi ermənilərinin Xocalıya basqınına bilavasitə rəhbərlik edən, terror hərəkətləri nəticəsində Ermənistan Respublikasının prezidenti olan Robert Köçəryan Vazgen Sisinyana Qarabağ müharibəsinin qəhrəmanı adını verib. Xocalı soyqırımında iştirak etmiş Davud Xeyriyan kitabında yazır: "Martın 2-də erməni "Qaflan" qrupu 100-dən artıq azərbaycanlının meyitini toplayıb, Xocalının təxminən 1 km qərbində yandırdı. Mən maşına daşınan meyitlərin içərisində əlindən və alnından yaralanan 10 yaşlı qızcığazı gördüm. Üzü artıq göyərmiş olan bu uşaq aldığı yaralara, soyuğa və aclığa baxmayaraq hələ sağ idi. O, asta-asta nəfəs alırdı. Mən ölümlə mübarizə aparan bu körpənin gözlərini unuda bilmirəm... Tezliklə Tiqranyan adlı əsgər bu hərəkətsiz qalmış qızcığazı götürərək meyitlərin üstünə atdı. Sonra onları yandırdı. Mənə elə gəlir ki, yanan cəsədlər arasında kimsə qışqırır, xilas üçün kömək istəyirdi. Bundan sonra mən irəli gedə bilmədim". Bu, erməni Davud Xeyriyanın insanlıq və həqiqət qarşısında dəhşətli etirafıdır. Yüzlərcə belə vəhşiliyin, faktın şahidi olan Xocalılar bu gün də o müdhiş gecənin vahiməsindən, təlatümündən xilas ola bilməyib. Çoxu psixoloji sarsıntılara duruş gətirə bilməyərək dünyasını dəyişib, bəziləri ruhi xəstəliyə mübtəla olub, bəziləri isə qarlı gecədə aldıqları güllələri indiyə qədər bədənlərində gəzdirməkdədirlər.

Onlar Azərbaycanın 49-dan çox rayonuna dağılıb, pərən-pərən düşüblər. "Ermənilər ayağımdan vurdular". Bunu güllə yarası almış 4 yaşlı Fuad Gülməmmədov söyləyib. 10 yaşlı Ramil Həsənov erməni basqınından, vəhşiliyindən yaxa qurtararaq, anası ilə üç gün Kətik meşəsində qalandan sonra Ağdama gəlib çıxıb. "Ermənilər gələndə anamla meşəyə qaçdım. Üç gün idi ki, ac-susuz qalmışdıq. Susuzluqdan ölürdüm. Çoxlu qar yemişdim" - söyləyən Ramil sonralar psixoloji gərginlikdən, vahimədən özünə gələ bilmirdi. Bu vəhşiliklərə bəşəriyyət, tarix haqq qazandırmaz və qazandırmır da. MTN-in arxivləri əsasında hazırlanan "Erməni cinayətləri" kitabında vandallar tərəfindən yaradılmış 6 qadın və uşaq əsir düşərgələri haqqında məlumat verilir. Vardanes, Razdan, Xankəndi uşaq düşərgələrində üst-üstə 610 nəfər uşaq, Keçaşin, Çermuk, Kəlbəcər qadın düşərgəsində qadınlar saxlanır. Bu faktlar beynəlxalq hüquq müdafiə təşkilatlarına, sərhədsiz həkim və reportyor birliklərinə təqdim olunsa da, hələlik heç bir tədbir görülməyib. Yenə də erməni hiyləsi öz işini görməkdədir.

1993- cü ildə ABŞ Konqresi Xocalı soyqırımını "İlin faciəsi" kimi qəbul etdi. Onlarca ölkədə erməni lobbisinin təzyiq və hədələrinin özünü göstərməsinə baxmayaraq, bu faciə dünyanı sarsıdan olay kimi diqqətdə saxlandı. "Vaşinqton-Post", "Fayneyşnl Tayms" qəzetləri erməni yaraqlılarının törətdiyi cinayət faktlarına diqqət ayırıb müxtəlif səpkili materiallar çap etdirdilər. Qanlı olayları gözləriylə görüb lentə alan fransalı Jan-iv-Yunet yazır: "Biz Xocalı faciəsinin şahidi olmuşuq. Yüzlərlə meyit gördük. Onların arasında qadınlar, qocalar, uşaqlar və Xocalının müdafiəsində duran adamlar var idi. Bizim ixtiyarımıza vertolyot verildi. Hündürlüyə qalxaraq havada gördüklərimizi kameraya çəkirdik, Xocalı və onun ətrafını lentə alırdıq. Bu zaman erməni hərbi birləşmələri bizim vertolyotu atəşə tutdular və biz məcburiyyət qarşısında qalaraq, çəkilişi yarımçıq qoyub geri qayıtdıq. Mən müharibə haqqında çox eşitmişəm. Alman faşistlərinin qəddarlığı barədə oxumuşam, ancaq ermənilər dinc əhalini və hətta 5-6 yaşlı uşaqları belə öldürməklə vəhşilikdə onları arxada qoymuşdular. Biz xəstəxanada, vaqonlarda, hətta uşaq bağçaları və məktəb otaqlarında çoxlu sayda yaralılar gördük". Başları kəsilmiş insan cəsədləri. Bu mənzərəni çalışdığı "İzvestiya" qəzetində V. Bellax belə qələmə alır: "Zaman-zaman Ağdama meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqlan və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi".

Xocalı faciəsi dünya soyqırımları ilə bir sırada dayanan, erməni terrorizminin mahiyyətini bütövlükdə ortaya qoyan beynəlxalq cinayət faktıdır. Bu faktın dünyaya və Azərbaycanın taleyi olan gələcək nəsillərə çatdırılması üçün çox işlər görülməlidir. Dünya Xocalı soyqırımını bu qəbildən olan Xatın, Naqasaki kimi faciələrlə bir sırada qəbul etməlidir. 6 Xalqımızın başına gətirilən erməni terrorizmi, soyqırım hərəkətləri öyrənilərək gələcək nəsillərə çatdırılmalıdır. Əslində taleyimizlə bağlı bir sıra mühüm məsələlər kimi, əsrlər boyu bizə qarşı törədilmiş soyqırım aktlarının da bütün dünyanın diqqətinə çatdırılması, bu faciələrin gələcək nəsillərin yaddaşına ötürülməsi, onlara dost və düşmənlərimizin nişan verilməsi, erməni mifinin dağıdılması işində çox gecikmişik. Amma ötən illərdə bu istiqamətdə xeyli işlər görüldü. Xalqımızın tarixində və taleyində yaşanmış faciələrə 85 il gecikəndən sonra nəhayət ki, sahib çıxdıq.

Ümummilli lider Heydər Əliyev 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayaraq əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri ictimai-siyasi fikrin diqqət mərkəzinə gətirdi. Bu fərmanda da göstərildiyi kimi "Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna, mənliyinə qarşı yönəlmiş böhtanlar və hərbi təcavüz üçün ideoloji zəmin hazırlanmış, xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar təhrif olunmuş, ictimai fikir çaşdırılmışdır. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyümələrinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalmışdır". Heç şübhəsiz ki, bütün bunların qarşısını almaq üçün ən düzgün yol lüzumsuz və zərərli təvazökarlığı bir tərəfə atmaq, hər şeyi xalqımıza, həm də bütün dünyaya olduğu kimi çatdırmaqdan ibarətdir.