backend

Fransadan 100-dək qız qaçıb İŞİD-ə qoşuldu

Fransadan 100-dək qız qaçıb İŞİD-ə qoşuldu






















Terror qruplaşmasına qatılanlar arasında yəhudi qızların da olduğu deyilir.

Fransalı qızların Suriyaya gedərək terror qruplaşmasının üzvünə çevrilmələri xəbəri bütün Avropada səs-küy yaradıb.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, Avropa ölkələrində İŞİD terror qruplaşmasına qoşulanların sayının azaldılmasına çalışıldığı bir vaxtda 100-ə qədər fransız qızın Suriyaya gedərək İŞİD terror qruplaşmasına üzv olduğu bildirilir.

Üstəlik, terror qruplaşmasına qatılanlar arasında yəhudi qızların da olduğu deyilir. Həmin qızlardan bəziləri haqda İsrailin məşhur qəzetlərindən olan “Yediot Ahronat” qəzeti də yazıb.

Terror qurbanı olan avropalı qızların qruplaşmaya Facebook vasitəsilə üzv olduqları, onlara əldə etmədikləri, qazanmadıqları uğurların vəd edildiyi bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl “The Guardian”ın yaydığı xəbərlərin birində də İŞİD-ə qoşulan qızların 90 faizinin fransızlar olduğu yazılmışdı.