Tənha ana çarəsiz durumda qalıb - Müraciət

205

Tənha ana çarəsiz durumda qalıb - Müraciət















Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım M.Əliyevaya,
Energetika naziri cənab P.Şahbazova,
Azərenerji ASC-nin prezidenti cənab E.Pirverdiyevə,
Azərişıq ASC-nin sədri cənab B.Rzayevə,
SOCAR prezidenti cənab R.Abdullayevə,
AZƏRİQAZ ASC-nin sədri cənab Ə.Hacıyevə,
Azərbaycan Respublikası Ailə Uşaq Qadın Komitəsinin sədri H.Hüseynovaya,
Ombudsman Aparatının rəhbərinə,
Abşeron rayon İcra Hakimiyyətinin başçısına,
Mətbuat orqanlarına

Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 8-ci keçid, ev 55-də (Kamal Babayevin evində kirayənişin) yaşayan , Qasımova Aynur Fətulla qızı tərəfindən


AZƏRİQAZ ASC-nin, AZƏRİŞIQ ASC-nin və AZƏRSU ASC-nin Abşeron rayon təşkilatları əməkdaşları tərəfindən Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində tikdiyim evə kommunal sayğacların quraşdırılmasından qanunazidd imtina etmələri barədə

Ş İ K A Y Ə T

Mən, 2008-ci ildə Şamaxı rayonun Göylər kənd sakini olmuş Mövliyev Elnar Mirzəxan oğluilə rəsmi nikaha daxil olaraq ailə qurmuşam. Və birgə nikahdan 15.10.2009-cu ildə Mövliyeva Nuray Elnar qızı və 03 fevral 2011-ci il tarixində isə Mövliyeva Günay Elnar qızı anadan olmuşlar. Mən ailə qurduqdan sonra əvvəlcə həyat yoldaşımın ata yurdu olan Şamaxının Göylər kəndindəki evinə bir müddət gəlin köçüb yaşamışam. Sonra isə 2012-ci ildən 26 fevral 2014-ci il tarixindək ərim və ailəmlə Bakı şəhərində kirayədə yaşamışam. 26.02.2014-cü ildə həyat yoldaşım vəfat etmişdir.

Başsız qalmış ailəmə dövlət tərəfindən indiyədək 180 manat təqaüd verilir. Hazırda ailəmlə xırda uşaqlarla birlikdə Suraxanı rayonunda kirayə evdə yaşayıram.(150 manat kirayə haqqı ödəyirəm) Uşaqlara görə işləyə bilmirəm. Və yalnız kirayə haqqı ödənildikdən sonra təqaüddən qalan 30 manat və anamın (qabyuyan işləyir) bizə verə bildiyi 50 manatla güclə dölanırıq. Anamı Qasımova Mərziyyə bizim ailənin birdəfəlik kirayədən çıxıb öz mənzilimizdə yaşamağımız üçün Abçeron rayonu, Ramana Südçülük sovxozu ərazisində 0,012 ha ( 120 kv.m) 2016-cı ildə torpaq sahəsi alıb cəmi 9 kv.m sahəsi olan birotaqlı ev tikib bizə Verdi. Amma evdə yaşamaq üçün communal xidmətlərldən istifadə edə bilmirik. Doğrudur, qonşularımız qaz işıq və su ilə öz hesablarına şərait yaradıblar. Yəni, evimizin çıxarışı olmamasını bəhanə edərək bizdən bu məslənin həlli üçün külli-miqdar rüsum-pul tələb edirlər. Axı bizim imkanımız yoxdur. Ailə başçısı olmayan bir ailədən bəhanə ilə bu qədər pul tələb etmək məncə nə müsəlmançılığa, nə kişiliyə, nə də türkçülüyə xas olan bir adət deyil. Uşaqlar evdə ac-susuz yaşayırlar. Kirayədə qaldığıma görə dövlətin verdiyi pulun da 85 faizini kirayəhaqqı verirəm. Düzdür, qonşularımın mənə yazığı gəlir. Amma qaz, işıq limitlə olduğuna görə onlardan da öz evimdə yaşamaq üçün köməkli edin deyə bilmirəm. Hamı özünü güclə dolandırır. Olmazmı ki, mənim də evimə bir insane, vətəndaş kimi sayğaclar qoyulsun ki, ağır vəziyyətdə 2 yetimlə həyatda fiziki mövcud olmağımı davam edim. Odur ki, hörmətli Mehriban xanımdan acizanə xahiş edirəm ki, bir ana, bir qadın olaraq mənim indiki düşdüyüm vəziyyəti, güzəranı nəzərə alaraq 9 kv.m sahəsi olan evimdə yaşamağım üçün qaz, işıq və su sayğacları qoyulmasına köməklik göstərəsiniz. Allah Sizdən razı olsun!

İmza: Aynur Qasımova telefon 050-497 81 39 24.02.2018.