backend

Şou-biznesin imkanlı müğənnisinin oğlu dönərçi işləyir - VİDEO - FOTO

Şou-biznesin imkanlı müğənnisinin oğlu dönərçi işləyir - VİDEO - FOTO














Türkiyə şou-biznesinin məşhur müğənnisi Emrahın hələ də oğlu olaraq qəbul edə bilmədiyi Tayfun Bursada toyuq dönərxanası açıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, illərdir atası tərəfindən övladlıqdan rədd edilən Tayfun öz ayaqları üzərində durmaq istədiyini söyləyib:

"Çox zaman atamla olan münasibətim yanlış başa düşüldü. Mən atamı çox sevirəm. Ümid edirəm öz ayaqlarımın üzərində dura bildiyimi görər və mənimlə qürur duyar. İnşallah, bir gün məni burada ziyarətə gələr, mən də ona öz əllərimlə dönər hazırlayaram".