backend

Vatikan: Geylər xristianları mühüm dəyərlərlə zənginləşdirə bilər

Vatikan: Geylər xristianları mühüm dəyərlərlə zənginləşdirə bilər






















“Əgər insan Allahı axtarırsa və əməli düzdürsə, mən kiməm ki, onu mühakimə edim?”.

Katolik tədrisi üzrə tezislər hazırlayan, ailə və nikah məsələlərini şərh edən din xadimləri, kilsəni homoseksualizmə qarşı daha yumşaq davranmağa çağırıblar.

qaynarxett.az BBC-yə istinadən xəbər verir ki, iki həftəlik Vatikanda toplanmış yepiskoplar tərəfindən hazırlanmış ilkin hesabatda, homoseksualların xristianlara önəmli “dəyər və keyfiyyət”ləri təklif edə biləcəyi söylənilib.

Hesabatın müəllifləri kilsənin həmcins nikahlara qarşı ənənəvi neqativ münasibətinə qarşı çıxış etmirlər, amma LGBT icmasının bəzi təşkilatları bu sənədi kilsənin geylərə münasibətində irəliləyiş kimi qiymətləndirirlər.

Konservativ xarakterli təşkilatlar hesabatı “xəyanət” adlandırıblar.

Oktyabrın 5-də işə başlayan sinodada 200-dən çox yepiskop çalışır. Bu sinoda Fransisk tərəfindən abort, homoseksualizm və boşanmaların müzakirə edilməsi üçün çağırılmışdı.

Bazar ertəsi dərc edilmiş hesabatda:

“Homoseksuallar xristianlara təklif edə biləcəkləri dəyər və keyfiyyətlərə malikdirlər... Bu insanları alqışlamağa, onlara icmalarımızda qardaşlıq münasibəti və aramızda yer verməyə qadirikmi?”.

Romadan BBC-nin müxbiri Devid Uilli xəbər verir ki, Roma papası Fransiskin insan seksuallığının neqativ deyil, pozitiv tərəflərinə diqqət yönəldən mövqeyi, bir çox yepiskopları onun ətrafında toplayıb.

Onun sələfi XVI Benedikt homoseksual münasibəti “təbii pozğunluq” adlandırırdı. O, bu ifadəni 1986-cı ildə Vatikanda dərc edilmiş sənəddə istifadə edib, o zaman Benedikt İkinci İoann Pavelin müşaviri idi.

Fransisk isə, Rio-de-Janeyroda gənc katoliklərin festivalında iştirakdan sonra jurnalistlərə bəyan edib:

“Əgər insan Allahı axtarırsa və əməli düzdürsə, mən kiməm ki, onu mühakimə edim?”.

Roma papası Fransisk – ənənəvi “homoseksualist” sözü əvəzinə, “gey” sözü istifadə edən ilk pontifikdi.