backend

RUSİYA ŞOKDA: “Soyuducuda 150-dən çox muzdlunun xurd-xəşil olmuş meyiti var, seçkilərdən sonra basdıracaqlar...” - VİDEO

RUSİYA ŞOKDA: “Soyuducuda 150-dən çox muzdlunun xurd-xəşil olmuş meyiti var, seçkilərdən sonra basdıracaqlar...” - VİDEO

Rusiya vətəndaşlarını Suriyada muzdlu əsgər kimi xidmətə göndərən özəl hərbi şirkətlərdən birinin rəhbəri “France 24” kanalına anonimlik şərti ilə sensasion müsahibə verib.

Qaynarxett.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxs müsahibədə Rusiya vətəndaşlarının bu yaxınlarda Suriyada Amerika qüvvələri tərəfindən zərbəyə məruz qalaraq həlak olmasının ölkəsi üçün nə dərəcədə böyük bir rüsvayçılıq olmasından danışır. “France 24” kanalının reportajı barədə “The Business İnsider” nəşri məqalə dərc edib.

"Mənə hər həftə Suriyada muzdlu kimi döyüşmək üçün beş-altı nəfər müraciət edir. Bəziləri mənə zəng edirlər, bəziləri isə şəxsən görüşürlər"-həmin şəxs bildirir.

Muzdluların səfərbərliyi ilə məşğul olan şəxs bunu da deyib ki, özünün çalışdığı Yekaterinburq şəhərində hazırda yüzədək vətəndaş muzdlu əsgər kimi Suriyaya getmək istəyir. Amma onun sözlərinə görə, Amerika qüvvələri fevralın 7-də Suriyanın hökumət qoşunlarının hücum edən önçü dəstələrinə zərbə endirəndən bəri, Rusiya səfərbərləri arasında əhval-ruhiyyə bir qədər dəyişib. Axı bəzi məlumatlara görə zərbəyə məruz qalmış hökumət qüvvələrinin sıralarında yüzlərlə Rusiya muzdlusu da həlak olub.

"İndi adamlar bu zərbəyə görə qisas almağın vacibliyindən danışırlar" –özəl hərbi şirkətin rəhbəri deyib.

Məqalədə deyilir ki, Suriyada müharibəyə yollanan rusiyalı muzdluları çox qəddar və təhlükəli şəraitlər gözləyir. Orada onlara biznes və siyasi maraqlara görə qətllər törətmək əmr oluna bilər. Onlar ora yaxşı maaşa görə gedirlər, amma əksəriyyəti bu pulları görməyəcək.

"Əgər özəl şirkətlə hərbi xitmət barədə müqavilə imzalamısansa, deməli, özünü onlara pula satmısan. Şirkət səndən istədiyi kimi istifadə edə bilər. Bəs sən öləndən sonra nə olacaq? Əgər sən tikə-tikə olmusansa, onda necə olsun? Yaxşı halda meyitini evə göndərəcəklər. Pis halda elə orda basdıracaqlar. Əgər sən adamları öldürməklə və ya başqalarının biznes maraqlarını qorumaqla pul qazanmağa hazırsansa, çox gözəl"-Fransa telekanalına anonimlik şərti ilə danışan rusiyalı deyib.

Həmin şəxs France 24 kanalına deyib ki, amerikalıların son aviazərbəsi nəticəsində 210 rus öldürülüb. O deyib ki, rusiyalı muzdluların işini ağırlaşdıran əsas amil onların havadan Suriya və ya Rusiya aviasiyası tərəfindən dəstəklənməməsi olub.

Bəzi məlumatlara görə, fevralın 7-də baş vermiş döyüşdə yüzlərlə rusiyalını onların tank və BTR-ləri qoruya bilməyib.

ABŞ-ın hava zərbələri, artilleriyası və “Apache” helikopterləri Rusiya muzdlularının külünü göyə sovurub. Bu da deyilir ki, Rusiya muzdlularının antitəyyarə silahları olmayıb. Havadan dəstəkləri olmadan, təyyarə vuran silahlarsız rusiyalı muzdluların Amerika tərəfindən təlimləndirilmiş qüvvələrlə necə döyüşə biləcəyi sual doğurur.

Lakin Rusiya nizami qoşunlarının kifayət qədər aviasiya qüvvəsi ola-ola muzdlu soydaşlarına dəstək verməməsi o demək deyil ki, onların ABŞ koalisya qüvvələrinin hücumundan xəbərləri olmayıb.

"Washington Post" qəzetinin ötən həftə yazdığına görə, Kremlə yaxın oliqarx Sergey Priqojin rusiyalı muzdluların da iştirak etdiyi bu hücuma Kremldən icazə alıbmış.

“Reuters” agentliyi bildirir ki, Amerika qüvvələri üzərinə hücum ABŞ-ın reaksiyasını yoxlamaq üçün edilib və göründüyü kimi bu cavab Kremlin gözlədiyindən də sərt olub. Rusiyanın muzdlu əsgərlərdən istifadə etməsinin bir səbəbi də onun Suriyadakı əsl itkiləri gizlətmək niyyətidir.

Həmin hərbi emissar France 24 kanalına deyib ki, Rusiya özəl hərbi şirkətlərindən birinin (çox güman ki, “Vagner” özəl hərbi şirkətindən söhbət gedir) soyuducularında xurd-xəşil olmuş 150-dək muzdlu əsgərin meyiti saxlanır. O deyib ki, bu meyitləri ailələrinə versələr də, yalnız Rusiyada mart seçkisi keçiriləndən sonra verəcəklər.

"Biz hamımız bunun səbəbini bilirik. Bu ölümləri gizli saxlamaq problem olmamalıdır" - anonim müsahib deyib.

Qaynarxett.az