backend

Berti Foqts: Öz gələcəyimi Azərbaycan yığmasında görmürəm

Berti Foqts: Öz gələcəyimi Azərbaycan yığmasında görmürəm























“Mən futbolçulardan az səhv edirdim”.

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı oyunu şərh edib.

qaynarxett.az Azerisport.az-a istinadən xəbər verir ki, o, 0:6 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:

“Xorvatiya yığmasını qələbə münasibəti ilə təbrik edirəm. Hesab oyuna görə oldu. Bu oyunda komandalardan biri futbol oynayırdı, digəri qaçmırdı, fiziki cəhətdən hazır deyildi. Biz hələ də 3-4 gündən bir oynamağa hazır deyilik. Bizə çox çətin idi. AFFA ilə əlaqə saxlayacam. Belə bir vəziyyətdə mən öz gələcəyimi Azərbaycan yığmasında görmürəm”.