backend

Seçkidən sonra gedəcək icra başçıları - Kimlər yenidən təyinata ümid edə bilər?

Seçkidən sonra gedəcək icra başçıları - Kimlər yenidən təyinata ümid edə bilər?















11 aprel seçkilərindən sonra total kadr islahatlarının həyata keçiriləcəyi və bu əsnada onlarla icra başçısının, habelə bəzi nazir və komitə rəhbərlərinin də işdən alınacağı indidən anons edilməkdədir. Bununla bağlı DİA.AZ-a danışan bilgili qaynaq iddia edir ki, artıq indidən hansı rayonların rəhbərlərinin dəyişdiriləcəyi məlumdur: "Artıq siyahı da hazırdır. Sadəcə olaraq, bəzi RİH başçılarına seçkilərlə bağlı şans da tanınıb. Yəni onlar özlərini bu prosesdə necə aparmaları ilə barələrində olan rəyi dəyişə bilərlər".

Mənbə bildirir ki, hazırda Biləsuvar, Gədəbəy, Şəmkir, Qazax, Binəqədi və daha 4 RİH başçısının durumu daha gərgin hesab olunur:

"Onlarla bağlı dəyişiklik qərarı verilib və onların hansısa fəaliyyəti də bu məsələdə demək olar ki, təsirsiz olacaq. Amma Ağsu, Şamaxı və Ağdaş kimi rayonların rəhbərləri yenidən təyinata ümid edə bilərlər".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...