backend

Təcili!!! BU OLKƏ BİZƏ DÜŞMƏN DEYİL, BƏS NƏDİR? - İndi də Rus-“Artsax” Dostluq Cəmiyyəti yaradıldı...

Təcili!!! BU OLKƏ BİZƏ DÜŞMƏN DEYİL, BƏS NƏDİR? - İndi də Rus-“Artsax” Dostluq Cəmiyyəti yaradıldı...

Rusiyada “Rus-“Artsax” Dostluq Cəmiyyəti” ictimai təşkilatı yaradılıb.

“KarabakhTV” Rusiya mediasına istinadla xəbər verir ki, ermənipərəst və separatçılığa dəstək verməsi adından bəlli olan qurumun konkret harada və kimlər tərəfindən yaradıldığı barədə məlumat verilmir.

Cəmiyyətin əsas məqsədinin “əcdadlardan üzü bəri gələn rus xalqı və “Artsax” erməniləri arasında dostluq əlaqələrinin inkişafı, Rusiya və “Artsax” arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi” , digər erməni-rus birgə qurumları ilə əməkdaşlıq və s. olduğu bildirilir. Təşkilatın rus-arsakh.ru saytı da (bax:http://russia-artsakh.ru/) fəaliyyət göstərir.

Saytda qeyd edilir ki, Rus-“Artsax” Dostluq Cəmiyyəti Rusiya Federasiyası Konstitusiyası və mövcud qanunlar əsasında fəaliyyət göstərir...

P.S. Görəsən, bundan sonra Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətinin Azərbaycana hansısa fayda verəcəyi haqda yenə də danışan olacaq?..

Sultan Laçın