backend

Neftin bu günə olan qiyməti

Neftin bu günə olan qiyməti














Dünya birjalarında neftin qiyməti artıb.
AZTB.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,08 dollar və ya 0,12% artaraq 61,71 dollar olub.

Sutka ərzində sözügedən neftin qiyməti 61,76 dollaradək artıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,07% artaraq 64,68 dollar təşkil edib.

Sutka ərzində sözügedən neftin qiyməti 64,78 dollaradək artıb.