backend

Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri narazılıq edir - Nazirə GİLEY

Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri narazılıq edir - Nazirə GİLEY















Şamaxıdan "Təzadlar"a göndərilən şikayət məktubunda maraqlı məsələyə toxunulur və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova ünvanlıdır. Şikayətdə deyilir:

-Hörmətli Səlim müəllim!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilən 36 mənzilli dördmərtəbəli ictimai yaşayış evini 4 ildən artıqdır ki, sahiblərinə vermək istəmirlər. Yaşayış evi şəhərə bitişik olan Şəhriyar qəsəbəsinin ərazisində tikilib. Bu bina son illər Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri üçün inşa edilən dördüncü ictimai yaşayış evidir. Bundan əvvəl şəhərdə hər biri 16 mənzilli üç yaşayış binası tikilib və ehtiyacı olanlara verilib. Biz şəhid ailələri rayon sakinləri reallaşdırılan bu layihələri ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən və sağlamlığını itirən insanlara göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndiririk, lakin nədənsə rayon rəhbərliyi bu mənzillərin bizə verilməsində maraqlı deyil. izdən xahiş edirik bu mənzillərin paylanmasına tezliklə göstəriş verəsiniz.
Redaksiyadan: məsələ tərəfimizdən araşdırılacaq... \\tezadlar.az\\
Şamaxıda şəhid ailələri və Qarabağ əlilləri narazılıq edir - Nazirə GİLEY