backend

Hindistanda insanlar təcavüzkarı döydükdən sonra cinsiyyət orqanını kəsdilər – FOTO

Hindistanda insanlar təcavüzkarı döydükdən sonra cinsiyyət orqanını kəsdilər – FOTO






















Mətbuatda bu hadisənin şahidi olan tərəfindən çəkilən fotolar yayılıb.

Hindistanın Racastxan vilayətində yerli sakinlər seksual təcavüzdə günahlandırılan şəxsi cəzalandırıblar.

qaynarxett.az xarici KİV-nə istinadən xəbər verir ki, qisasçılar təcavüzkarın cinsiyyət orqanını kəsiblər, kişi kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə Şri-Qanqanaqar şəhərində baş verib.

Yoldan keçənlər 40 yaşlı kişinin divara sıxaraq zorlamağa çalışdığı qızın qışqırıqlarını eşidiblər. hadisə yerinə insanlar toplaşıb. Onlar kişini tutub ət satılan mağazaya aparıblar və orada cəzalandırıblar, The Daily and Sunday Express yazır.

Fərz edilən təcavüzkarı döyüblər sonra isə heyvan cəmdəyini bölmək üçün istifadə edilən balta ilə cinsiyyət orqanını kəsiblər.

Mətbuatda bu hadisənin şahidi olan tərəfindən çəkilən fotolar yayılıb. Bəzi şəkillər isə, həddən artıq təssirləndirici olduğu üçün qoyulmayıb.

Yerli sakinin sözlərinə görə qan itirən kişiyə yardım edən olmayıb, hamı bilirdi ki, o təcavüzə görə cəzalandırılıb.

“Son zamanlarda ölkəmizdə qadınlara qarşı bir çox cinayətlərin şahidi olmuşuq. Bəzi qızları zorlayıb, sonra isə asırdılar. Bunu dayandırmağın zamanı gəlib çatıb”, - yerli sakinlərdən biri bəyan edib.

Onun fikrincə, bu cəza təcavüzə cəhd edənlər üçün ciddi xəbərdarlıqdır.

“Əgər bunu etsəz cəzalandırılacaqsınız”, - hindistanlı sözünü yekunlaşdırıb.

Hindistanda insanlar təcavüzkarı döydükdən sonra cinsiyyət orqanını kəsdilər – FOTO

Hindistanda insanlar təcavüzkarı döydükdən sonra cinsiyyət orqanını kəsdilər – FOTO