TƏCİLİ!!! Salyanda DƏHŞƏTLİ OLAY: DYP postuna silahlı hücum - Polis əməkdaşı yaralandı

gundem / hadise 2-03-2018, 20:52
TƏCİLİ!!! Salyanda DƏHŞƏTLİ OLAY: DYP postuna silahlı hücum -  Polis əməkdaşı yaralandı

Bu gün Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndində yerləşən 728 saylı DYP postuna silahlı şəxs hücum edib.

Qaynarxett.az Virtualaz.org-a verdiyi xəbərə görə, ötən gün qanunu pozduğu üçün DYP postunda dayandırılaraq barəsində inzibati protokol tərtib edilmiş Salyan şəhərinin "MTS” adlanan yaşayış massivinin C.Cabbarlı küçəsində yaşayan 30 yaşlı Orxan Cahangir oğlu Bağırov bu gün yenidən həmin yerə qayıdaraq ov tüfəngindən posta tərəf atəş açıb.

Sonra özünə məxsus "Mitsubishi” markalı avtomaşınla Salyan şəhərinə gəlib və DYP əməkdaşlarının "saxla” işarəsinə əməl etməyərək, idarə etdiyi avtomaşını onların üzərinə sürüb. Nəticədə, DYP-nin zabiti, 36 yaşlı Raqib Dəmirov çiyin nahiyəsindən xəsarət alıb.

Orxan Bağırov saxlanılarkən silahlı müqavimət göstərsə də, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının peşəkarığı sayəsində zərərsizləşdirilərək, həbs olunub.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Oxunub: 311
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10