backend

Elmi Tədqiqat və Kardiologiya İnstitutunun direktoruna qarşı AĞIR İTTİHAM - ŞOK FAKT

Elmi Tədqiqat və Kardiologiya İnstitutunun direktoruna qarşı AĞIR İTTİHAM - ŞOK FAKT















Uzun illərdir ki, medya sahəsində çalışıram. Bu illər ərzində həmişə dövlətə, cənab Prezidentə sədaqət fəaliyyətimin əsas prioritetlərini təşkil edib. Hər zaman Ulu Öndərin siyasi kursunu müdafiə etmişəm, bu yola dönük çıxanlara, dövlətçiliyimizə zərbə vuranlara qarşı sərt mübarizə aparmışam. Tutduğum yolun doğruluğuna inanmışam, təhdidlərdən, çətinliklərdən çəkinməmişəm. Inanmışam ki, arxamda Azərbaycan dövləti, cənab Prezident kimi böyük QÜVVƏ dayanıb.

Bir jurnalist kimi öz fəaliyyəti ilə dövlətçiliyimizə zərbə vuranlara, sadə vətəndaşlara haqsızlıq edənlərə qarşı mübarizə aparmışam. Amma, bu dəfə özüm belə bir qanunsuzluğun, fırıldaqçılığın güdazına getmişəm. Özü də səmimiyyətinə inandığım, ziyalı hesab etdiyim, yüksək bir vəzifə sahibi olan şəxs tərəfindən. Məni öz əməlləri ilə bu müraciəti yazmağa vadar edən şəxs akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitunun direktoru Adil Baxşəliyevdir.
Mənim A. Baxşıliyevlə tanışlığım 2008-ci ildən başlanır. Həyat yoldaşım interna müddətini 2008-ci ildə Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçərkən A. Baxşəliyevlə yaranan tanışlığımız sonradan da davam etdirildi. Hətta həmin il mən ona Şamaxı rayonu ərazisində torpaq sahəsi də hədiyyə etmişəm. Bu illər ərzində o özünü mənə səmimi, dürüst biri kimi qələmə verməyi bacarıb. Hər şey 2017-ci ilin oktyabr ayına kimi beləcə də davam edib.
2017-ci ilin oktyabr ayında həyat yoldaşım Səhiyyə Nazirliyinin işə qəbulla bağlı keçirilən imtahanlarında yüksək bal toplayaraq Bakı Reablitasiya Xəstəxanasına işə qəbul edildi. Amma, Badamdar qəsəbəsində yaşadığımız və 3 azyaşlı körpə uşağımız olması səbəbiylə həyat yoldaşım Mərdəkanda yerləşən Bakı Reablitasiya Xəstəxanasına davamlı olaraq işə gedə bilmirdi. Odur ki, həyat yoldaşımın şəhərdə yerləşən xəstəxanaların birinə köçürülməsinin mümkünlüyü ilə bağlı maraqlanmağa başladım. Bu zaman Elmi-Tədqiqat Kardiologiya İnstitutunda son dəfə 2008-ci ildə işə qəbul aparıldığı, sonrakı illərdə isə bu prosesin dayandığı faktı diqqətimi cəlb etdi. Apardığım araşdırma zamanı məlum oldu ki, A. Baxşəliyev 2008-ci ildə yarımştata o qədər işçi götürüb ki, sonrakı 10 il ərzində işçi qəbuluna heç bir imkan olmayıb.
Rəhbərlik etdiyi institutla maraqlanmağımdan xəbər tutan A. Baxşıliyev mənə zəng edərək yanına çağırdı. Hər şey də onun bu zəngindən sonra başlandı. A. Baxşəliyev mənə bildirdi ki, həyat yoldaşımı Elmi-Tədqiqat Kardiologiya İnstitutunda işlə təmin edəcək və bunun üçün Səhiyyə nazirliyinə vakant yer verəcək. Bu zaman belə razılığa gəldik ki, yoldaşım işlə təmin edilənə qədər əvvəlki iş yerindən- Bakı Reablitasiya Xəstəxanasından çıxmasın. Yolun uzaqlığı və 3 azyaşlı uşağa baxması səbəbindən işə gedə bilmədiyi üçün A. Baxşıliyev həyat yoldaşımın adını heç bir xəstəliyi olmamasına baxmayaraq 2 ay bülletendə saxladı.
Bütün bunların, yəni yoldaşımın Elmi-Tədqiqat Kardiologiya İnstitutunda işlə təmin olunması müqabilində A. Baxşıliyev məndən 50 min manat pul istədi. Yuxarıda qeyd etdiyim kimi o özü məni zəng edərək axtardı və prosesin heç bir problem olmadan baş tutacağına inandırdı.
Onun səmimiyyətinə inandığım üçün natorial qaydada evimi girov qoyaraq 50 min manat faizə borc pul götürdüm. Bu müddət ərzində artıq 7 min 200 manat faiz də ödəmişəm.
Razılaşdığımız kimi 50 min manatı bu müddət ərzində 8 dəfə görüşərək hissə-hissə A.Baxşəliyevə vermişəm. Bütün məbləği hissə-hissə mən ona öz kabinetində vermişəm. Pulu alarkən o dəflərlə Səhiyyə Nazirliyinin kadrlar şöbəsinin rəhbəri Kəmalə xanımla, onun müavini Səidə xanımla telefonda danışaraq “mənə yaxın bir adamı işə götürməliyəm, vakant verəcəyəm və siz də köməklik edin” deyərək məni inandırıdı. Hətta 2 gün əvvəl-fevralın 26 da Səhiyyə nazirliyinin məsul işçisi Gülmirzə müəllimlə də bu mövzuda danışdı. Onların A. Baxşəliyevə nə dediyini bilmirəm, amma mənə hər şeyin yaxşı olacağını, problem yaranmayacağını deyirdi. Beləcə A. Baxşəliyev məni tam inandırmışdı. Mən onu 10 ildən çox müddətdə tanıdığıma ,həmçinin ziyalı biri hesab etdiyimə, millət vəkili Gövhər Baxşəliyevanın qardaşı olduğuna görə inanaraq bu işə qol qoymuşam, faizə girərək istədiyi məbləği tapmışam.
Qeyd etdiyim kimi A. Baxşəliyev Səhiyyə nazirliyinin əməkdaşları ilə apardığı telefon danışıqları ilə də məni tam inandırmışdı. Prosesin sonuncu- sənədlərin qəbulu zamanı da belə oldu. A. Baxşəliyev vakant yer verməsinə baxmayaraq Səhiyyə nazirliyi qəbul etmirdi. Amma, A. Baxşəliyev Kəmalə xanımla, Səidə xanımla mənim yanımda telefonda danışandan sonra nazirlik vakant yeri buraxdı. Sənədlərin qəbulu prosesində A. Baxşıliyev başqa bir qanunsuzluğa imza atdı. Belə ki,işə qəbulla əlaqədar qoyulan tələblər arsında 3 ildən az olmayan iş stajı tələb olunur. Mən A. Baxşəliyevə bu tələbi xatırlatdım və bildirdim ki, nazirlik sənədləri qəbul etməyə bilər. Amma, mənim yanımda yenidən Kəmalə xanımla, Səidə xanımla telefonla danışdı, nəyin müqabilindəsə razılığa gələrək heç bir problem olmayacağını və sənədlərin qəbul ediləcəyini bildirdi. Doğrudan da mən sənədləri nazirliyə təqdim etdim və A. Baxşıliyev hansısa yollarla sənədlərin qəbul edilməsinə nail oldu. Bu məni A. Baxşəliyevə daha da inandırdı.
Amma, bütün bunlardan sonra A. Baxşəliyev indi yoldaşımın işə qəbulunun mümkünsüzlüyünü bildirir və özünü prosesdən kənara çəkməyə çalışır.
Bu müddət ərzində aramızda yaranmış səmimi münasibətlərdən istifadə edərək A. Baxşəliyev başqa bir qanunsuzluğa-cinayətə əl atdı. Belə ki, Azərbaycanda yaşamayan, uzun müddətdir ki, Rusiyada-Moskva şəhərində yaşayıb işləyən Şıxəliyev İlqar Fərhad oğlunu saxta yolla təqaüdə çıxartmaq müqabilində 3 min manat pul aldı. Mərkəzi FTEK-lə razılaşdığını bildirən A. Baxşəliyev Rusiyada yaşayan bir şəxsi 14 fevral 2018-ci il tarixində xəstəxanaya qəbul edib “müalicə edərək” 26 fevral 2018-ci il tarixində evə yazmışdır. Rusiyada yaşayan bir şəxsi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 12 gün “müalicə edən” A. Baxşıliyev “xəstəyə” müalicə həkimi Rəhimova E.S. və şöbə müdiri Fərəcova N.Z.-nın imzası və möhürü ilə EPİKRİZ N501 verərək cinayətə yol verib. Həmin EPİKRİZ hal hazırda məndədir və hüquq mühafizə orqanlarına təqdim etməyə hazıram. Həmçinin Şıxəliyev İlqar Fərhad oğlunun həmin müddətdə Azərbaycanda olmamasını da tam sübut edə bilərəm.
Nəzərinizə çatdırım ki, yuxarıda qeyd etdiyim A. Baxşəliyevlə olan bütün telefon danışıqlarım, eyni zamanda 50 min manatı hissə-hissə ona təqdim edərkən aramızda olan bütün danışıqların səs qeydləri aparılıb və onları lazımi orqanlara təqdim etməyə hazıram. Həm səs yazılarında A. Baxşəliyevin imza atdığı bütünm qanunsuzluqlar tam çılpaqlığı ilə ortaya çıxır.
Qeyd etdiyim kimi A. Baxşəliyev mənim etibarımdan sui-istifadə edərək 50 min manatımı mənimsəyərək məni aldadıb. Həyat yoldaşımı Elmi-Tədqiqat Kardiologiya İnstitutunda işə qəbul edəcəyi vədilə məndən 50 min manat alaraq indi bunun mümkün olmadığını bildirir. Eyni zamanda pulumu da qaytarmaqdan imtina edir.
Göründüyü kimi öz iş fəaliyyətində addımbaşı qanunsuzluğa imza atan, bu əməllərinə başqalarını da alət edən A. Baxşıliyevin “təxəyyülü və fantaziyaları” sərhədd tanımır. Pul üçün o ziyalı adına yaraşmayan addımlar ataraq hətta cinayət tərkibli əməllərə də qol qoyur. Yuxarıda qeyd etdiyim kimi onunla aramızda olan bütün telefon və üz-üzə danışıqlarımızın səs yazılar aparılıb və bu yazıları dinləmək kifayətdir ki, A. Baxşəliyevin necə birisi olduğu üzə çıxsın.
İnanıram ki, Azərbaycan dövləti, hüquq-mühafizə orqanları A. Baxşəliyevin bu əməllərinə nəhayət ki, “DUR” deyəcək. Əks təqdirdə hələ onlarla, bəlkə də yüzlərlə insanlar A. Baxşəliyevin qurbanına çevrilə bilər.

Nicat MAHMUDOV
Rubrika.Az saytının Baş redaktoru