backend

Putin günahlandırılanları ABŞ-a verməyəcəklərini bildirib

Putin günahlandırılanları ABŞ-a verməyəcəklərini bildirib















Rusiya ABŞ-da keçirilən son prezident seçkilərinə müdaxilədə ittiham olunan vətəndaşlarını Vaşinqtona verməyəcək.
AZTB.info "Ria Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NBC-yə müsahibəsində deyib.

"Heç vaxt. Rusiya ümumiyyətlə öz vətəndaşlarını heç yerə ekstradisiya etmir, eləcə də ABŞ-a", - deyə prezident bildirib.
Putin əlavə edib ki, günahlandırılan şəxslər Rusiya hakimiyyətini təmsil etmir və o, onların konkret olaraq nə etdiklərini bilmir.