backend

Məktəbli müharibə veteranını vəhşicəsinə öldürdü

Məktəbli müharibə veteranını vəhşicəsinə öldürdü






















Rəsulovun meyiti tapılıb.

Xızıda qətl törədilib.

qaynarxett.az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

Kənd sakini Xasməmməd Rəsulovun bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb.

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Elnur Heybətov tutulub.

Xızı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qətli törədən Elnur Heybətovun 15 yaşı var və o, Xələc kənd orta məktəbinin 8-ci sinif şagirdidir. Qətlə yetirilən Xasməmməd Rəsulov isə Əfqanıstan veteranıdır.

Faktla bağlı Xızı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.