backend

İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi














Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib.
AZTB.info xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.
Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".