backend

Bakıda qəza: Gənc oğlan atasının maşınında öldü

Bakıda qəza: Gənc oğlan atasının maşınında öldü






















O, xəstəxanaya çatdırılanda bioloji ölüm artıq baş veribmiş.

Bakının Sabunçu rayonunda yeniyetmə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Atasının maşınından düşən 15 yaşlı Məhərrəm Əhmədlini başqa bir avtomobil vurub.

Yeniyetmə 3 saylı Şəhər Kliniki xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Xəstəxanadan verilən məlumata görə, Məhərrəm Əhmədli xəstəxanaya çatdırılanda bioloji ölüm artıq baş veribmiş.