backend

Əfsanəvi futbolçunun oğlu milliyə dəvət aldı

Əfsanəvi futbolçunun oğlu milliyə dəvət aldı














Mart ayında iki yoldaşlıq oyunu keçirəcək Hollandiya millisinin heyəti açıqlanıb.
AZTB.info xarici mediaya istinadən xəbər verir ki, baş məşqçi Ronald Kuman 33 futbolçuya dəvət göndərib.

Onların arasında Hollandiya millisinin əfsanəvi futbolçusu Patrik Klyuvertin oğlu Castin Klyuvert də var.

18 yaşlı yarımmüdafiəçi ilk dəfə ölkənin əsas millisinə dəvət alıb.
Xatırladaq ki, Castin martın 23-də İngiltərə və ya 26-da Portuqaliya ilə yoldaşlıq oyunlarından birində meydana çıxsa, yığmadakı debütünü atası kimi 18 yaşında gerçəkləşdirəcək. Patrik də 1994-cü ildə, 18 yaşında ilk dəfə “narıncı” forma ilə meydana çıxmışdı.