Erməni müğənni məşhur mahnımızı oğurladı, YouTube-da rekord qırır 7 milyon baxış - VİDEO

740

Erməni müğənni məşhur mahnımızı oğurladı, YouTube-da rekord qırır 7 milyon baxış - VİDEO
Ermənilərin Azərbaycan musiqisinə marağı artıq heç kəsə sirr deyil. Onlar bəstəkarlarımızın ən məşhur mahnılarını öz adlarına çıxarmaqda sərhəd tanımır.

Shownews.az xəbər verir ki, bu dəfə isə Ermənistanın ən məşhur müğənnilərindən olan Tiqran Asatryan və Spitakci Hayko Ələkbər Tağıyevin Mikayıl Müşviqin sözlərinə bəstələdiyi "Sənə qurban" bahnısını oğurlayıb.

Cütlük mahnıya ekran həyatı verib və "YouTube"a yerləşdirib. Ermənilər mahnını "Garun garun" adı ilə təqdim edib. Bundan əlavə onlar mahnının erməni xalq mahnısı olduğunu yazıb.

Qeyd edək ki, mahnı dünya şöhrətli azərbaycanlı müğənni Zeynəb Xanlarovanın ifasından sonra məşhurluq tapıb.