İlham Əliyevdən BƏYLƏR EYYUBOVA doğum günü HƏDİYYƏSİ - FOTO

669

İlham Əliyevdən BƏYLƏR EYYUBOVA doğum günü HƏDİYYƏSİ - FOTO

Bu gün Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Prezidentin Təhlükəsizlik İdarəsinin rəisi general-polkovnik Bəylər Eyyubovun doğum günüdür.

Qaynarxett.az xəbər verir ki, prezident İlham Əliyev də onu unutmayıb. Ölkə başçısı özünün Facebook hesabında Bəylər Eyyubovla atası, mərhum prezident Heydər Əliyevin birgə çəkilmiş fotosunu paylaşıb.

Fotonun altında yazılan rəylərdə Bəylər Eyyubov sədaqətli insan kimi xarakterizə olunub.

Qeyd edək ki, Bəylər Eyyubov 2 iyun 2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisidir. ("Ölkə.Az")


İlham Əliyevdən BƏYLƏR EYYUBOVA doğum günü HƏDİYYƏSİ - FOTO