backend

Ərdoğandan İNANILMAZ hərəkət: tərəfdarlarını "BOZQURD"la salamladı, Qərbə yeni mesaj verdi: "Hədəfimiz..." - ŞOK FOTO

Ərdoğandan İNANILMAZ hərəkət: tərəfdarlarını "BOZQURD"la salamladı, Qərbə yeni mesaj verdi: "Hədəfimiz..." - ŞOK FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün partiyasının Mersindəki toplantısında hamını təəccübləndirən hərəkət edib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, tərəfdarlarını "bozqurd" işarəsi ilə salamlayıb.

Prezidentin bu hərəkəti onun MHP ilə seçki ittifaqı kimi yozulsa da, hər halda onun belə işarə ilə tərəfdarlarını salamlaması böyük maraq doğurub.

Qeyd edək ki, həmin toplantıda Ərdoğan NATO-nu mütəffəqilik sazişinə əməl etməməkdə günahlandırıb. O, eyni zamanda Afrin əməliyyatı ilə bağlı Qərbə növbəti dəfə mesajlar verib.

Bildirib ki, hazırda Suriyanın 850 km-lik ərazisi Türkiyənin nəzarəti altındadır: "Hədəfimiz bu nəzarəti 2 min km-ə qədər uzatmaqdır. Gerisinə sonra baxarıq. Ona da davam edəcəyik, bunun hesabını da ayrı aparırıq. Niyə? Çünki bizim dərdimiz topraqlar deyil, bizim dərdimiz oradaki terroristlərin təmizlənməsidir. Harada terrorçu varsa, biz ordayıq".

Ərdoğandan İNANILMAZ hərəkət: tərəfdarlarını "BOZQURD"la salamladı, Qərbə yeni mesaj verdi: "Hədəfimiz..." - ŞOK FOTO