backend

Çovdarova 3 milyon vermiş rektor lifti, kompüter otaqlarını qıfıllayıb – Faktlar…

Çovdarova 3 milyon vermiş rektor lifti, kompüter otaqlarını qıfıllayıb – Faktlar…














Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov haqda yeni məlumatlar yayılıb

FİA.Az xəbər verir ki, BMU rektoru tələbələrə yeni qadağalar tətbiq edir.

Bu barədə huriyyet.org yazıb ki, universitetdə liftlərin, kompüter otaqlarının qapısı tələbələrin üzünə bağlanıb.

Rektor tapşırıb ki, tələbələr liftə minməsin. Sonra komputer otaqlarına buraxmağa yasaq qoyub. Tələbələri narahat edən problem isə təhsilin keyfiyyətinin gün-gündən aşağı düşməsidir.

Belə ki, Qafqaz Universitetində ingilis dilində məktəbəqədər pedaqoji kadrların hazırlanmasıyla bağlı ixtisas açılıb.

Bu ixtisasın tələbələrinə dərslər əvvəlki universitetdə əsasən ingilis dilində tədris olunurdu, sonra onlara bütün dərslər Azərbaycan dilində keçirilməyə başlanıb.

Dövlət sifarişi əsasında təhsil alan tələbələr bundan narazılıq etdikdə isə onlara rektorun adından hədələr gəlib ki, şikayət edən universitetdən çıxarılacaq.

“İlk vaxtlar bütün dərslər ingiliscə aparılırdı ki, biz ingiliscə mükəmməl öyrənək. Hazırda isə heç bir dərsimiz inigiliscə tədris olunmur.

Universitetdə müəllimlərin ixtisarı olduğuna görə, indi kadr çatışmazlığı yaranıb”,-deyə tələbələr vurğulayıb.

Kənardan dəvət olunan müəllimlər aşağı əmək haqqı aldıqları üçün tədrisi keyfiyyətli aparmırlar.

İngilis dilində dərs deməyən müəllimə irad tutduqda 170-180 manat maaş aldığını deyərək vəziyyətdən şikayətlənir.

Məlum sərəncamdan sonra Qafqaz Universiteti öz fəaliyyətini dayandırdı. Profil nöqteyi-nəzərindən Bakı Mühəndislik Universitetinə çevrildi.

Tərkibində qalan fakültələr öz ixtisasları üzrə fəaliyyətlərini davam etdirməyə başladılar.

Təbiidir ki, I, II kursdan sonra Mühəndislik Universitetinin profilinə aid olmayan bu ixtisasların davamı olmayacaq deyə, dərs deyən müəllimlərin ixtisarı da gözləniləndir.

Yeri gəlmişkən, bu təhsil ocağı rektorunun böyük bines şəbəkəsi var. Onun Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir.

İllik dövriyyəsi orta səviyyədə olan, lakin tikinti bazarında tanınmış olan bu zavodun illik bir neçə milyon manat gəlir gətirdiyi deyilir.

Həmin zavodda hər şey normal olsa da, təhlükəsizlik qaydalarına riyayət edilmədiyindən tez-tez qəzalar baş verir.

Rektor Havar Məmmədovun “Saba Gars” avtomobil mərkəzinə və “MakroMarket” mağazalar şəbəkəsinə şərik olduğu xəbəri də var.

Onu da deyək ki, universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub.

Havar Məmmədovun daha bir villasını aşkarlamaq mümkün olub. Belə ki, bu dəfə Heydər məscidinin yaxınlığında, «milyonçular məhəlləsi» deyilən ərazidə rektorun 3 mərtəbəli villası var.

Xatırladaq ki, bir müddət əvvəl Havar Məmmədovun adı MTN işində keçmişdi. Saytlar yazmışdı ki, rektor Çovdarova 3 milyon dollar ödəmək məcburiyyətində qalmışdı.