backend

SƏHLİYALI şirkətinin “1000 bərəkət, halal nemət” adında HARAMCILIGI - DƏHŞƏTDİR!!!

SƏHLİYALI şirkətinin “1000 bərəkət, halal nemət” adında HARAMCILIGI - DƏHŞƏTDİR!!!

Kolbasa və sosislərdən ehtiyatlı olmaq şərtə çevrilir
Bir neçə gün öncə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Səhliyalı şirkətinin istehsalı olan “Halal nemət, min bərəkət” kolbasa və sosislərinin ət məhsulları nəzarətdən keçmir və insan həyatı üçün təhlükəlidir. Realliqinfo.org –a ünvanlanan məlumatda o da vurğulanır ki, şirkətin xaricdən gətirdiyi ət və ətməhsullarının mənşəyi məlum deyil.
Belə ki, Hindistandan, Danimarkadan, Braziliyadan və digər xarici ölkələrdən gətirilən ət məhsullarının mənşəyi məlum olmadığı kimi dondurulmuş halda olması istifadə tarixini də şübhə altına qoyur. Nəticədə Braziliya və Hindistandan ayda 100 tondan çox məhsulun satışını təşkil edən Səhliyalı şirkəti yaranmış sualları cavabsız qoymaqla insanların sağlamlığına da təhlükənin varlığına olan faktlara biganə qalır.

SƏHLİYALI şirkətinin “1000 bərəkət, halal nemət” adında HARAMCILIGI - DƏHŞƏTDİR!!!
Realliqinfo.org-a məlumat ötürən etibarlı mənbə qeyd edir ki, ət və piylərin dondurulmuş halda ölkəyə gətirilməsi və mənşəyi məlum olmayan məhsulların satışının geniş təşkil edilməsi təsadüfi deyil. Ölkəmizdə heyvandarlığın inkşafı və ət məhsullarına təlabatın tam ödənildiyi bir dönəmdə, Hindistana və ya Braziliyaya üz tutub ordan ət gətirənlərin maraqları bəllidir. Əgər qiymət baxımından yanaşsaq, Danimarka və bu kimi ölkələrdə ətin qiymətinin bizim ölkədə olduğundan heç də aşağı olmadığını görərik. Gömrük və yol xərclərini də nəzərə alsaq o zaman mənbəmizin həqiqəti söylədiyinə şübhə qalmır.
SƏHLİYALI şirkətinin “1000 bərəkət, halal nemət” adında HARAMCILIGI - DƏHŞƏTDİR!!!
Bəs səbəb nədir? Azərbaycanda və qonşu ölkələrdə ət məhsullarının gətirilməsi və ya istifadə edilməsinə kim əngəl törədir?
Cavab aydındır. Səhliyalı şirkətinin “1000 bərəkət, halal nemət” adında istehsal etdiyi kolbasa və sosisləri mənşəyi məlum olmayan və çox ucuz qiymətə əldə edilən ət məhsullarından hazırlanır. Bu da onların məhsullarının satışı zamanı özünü göstərir. Istehsal etdiyi məhsulları aşağı qiymətə satış mərkəzlərinə verən Səhliyalı halallıqla reklamını qurması reallıqdan kənardır.
Məlumatlı mənbə Realliqinfo.org – a «Səhliyalı» şirkətinin təqdimat filminə tamaşa etməyimizi tövsiyə edir. Qeyd edir ki, həmin 8 dəqiqəlik filmdə (https://www.youtube.com/watch?v=0zpy9vdF0fI) kolbasa və sosislərin Avropa istehsalı olan avadanlıqlar vasitəsilə ərsəyə gəldiyindən söhbət açılır. Lakin ətin haradan alınması haqda konkret məlumat verilmir. Videoçarxda kolbasaların istehsalında istifadə olunan ətlərin daşınması qənaətini formalaşdıran səhnə var, amma həmin səhnədə istehsalda istifadə olunan ətlərin birbaşa özünü göstərmirlər. Videoçarxda bir neçə yerdə istehsalda istifadə olunan ətlər ümumi şəkildə, uzaqdan göstərilsə də, həmin ətləri yaxından tamaşaçıya təqdim etməkdən yayınırlar. Kolbasa istehsalı üçün qarışıq məhsulların elevatora tökülməsi səhnəsində isə ağ rəngli, kvadrat şəklində olan, naməlum əlavə də görünür.
SƏHLİYALI şirkətinin “1000 bərəkət, halal nemət” adında HARAMCILIGI - DƏHŞƏTDİR!!!
Bu səhnədə də istehsalda istifadə edilən ət məhsulları olduğundan ötəri şəkildə üzərindən keçilir. Əvəzində istehsalın gigiyenik tələblərə cavab verən şəkildə olması təbliğ olunur. Üstü bəzəkli kolbasa və sosislər tamaşaçıya - gələcək istehlakçıya təqdim olunur. Əsas məsələ - kolbasa istehsalında istifadə olunan ətlərin görüntüsü arxa plana keçirilir. Ətlərin mənşəyi, haradan alınması haqda ümumi məlumatla kifayətlənirlər. Bu təsadüfdürmü?

“1000 bərəkət, halal nemət” Azərbaycan telekanallarında nümayiş olunan bir çox komediya seriallarının sponsorudur. Amma kolbasa istehsalının komediyaya, özü də tragik janrda çəkilən komediyaya çevrilməsi heç də yaxşı hal deyil.

Müvafiq qurumlar nəhayət ki, hərəkətə keçib kolbasa və kolbasa məmulatlarının istehsalında heç olmasa qoca inəklərin ətindən istifadə olunmasına nail olmalıdırlar.

Səhliyalı şirkəti ilə əlaqə saxlamağa, münasibət öyrənməyə göstərdiyimiz cəhdlər baş tutmadı. Bununla belə, şirkət rəsmilərinin mövqeyini dərc etməyə hazırıq. Onu da qeyd edək ki, "1000 bərəkət, halal nemət" kolbasalarının istehsalına Ağdamlı İlham nəzarət edir.
Mövzuya qayıdacağıq.
Realliqinfo.org