backend

Daha bir “NİDA”çı bağışlanmasını istəyir – MÜRACİƏT

Daha bir “NİDA”çı bağışlanmasını istəyir – MÜRACİƏT






















Ömər Məmmədov İlham Əliyevə ərizə yazdı.

3 saylı istintaq təcridxanasında saxlanılan Ömər Məmmədov ölkə prezidentinə, Mətbuat Şurasına və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb.

Oxu.Az xəbər verir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi Məmmədovun xahişi ilə müraciətləri olduğu kimi təqdim edib.

Müraciətdə bildirilir:

“Cənab Prezident hörmətli İlham Heydər oğlu Əliyev!!!

Mən cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılıram. Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz.

Əvvəlcədən öz adımdan və ailəmin adından Sizə təşəkkür bildirirəm”.

Ömər Məmmədov həmçinin VHP sədri Sabir Rüstəmxanlıya müraciət edərək, partiyadan çıxarılmasını istəyib:

“Yazaraq sizə bildirirəm ki, bu gün mən Respublikamızın Prezidenti cənab İlham Əliyevə əfv olunmağım barədə ərizə ünvanlamışam. Bu ərizəni və yazdığım müraciəti özüm yazmışam və bu, mənim öz fikrimdir. Əlavə olaraq da VHP rəhbərliyindən xahiş edirəm ki, məni üzv olduğum partiyadan bu günkü gündən çıxardasız.

Müraciəti özüm yazdım düzgünlüyünü imzamla təsdiq edirəm”.

Qeyd edək ki, bundan əvvəl “NİDA” Vətəndaş Hərəkatının həbsdə olan üzvləri Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə prezident İlham Əliyevə müraciət ediblər.

Daha bir “NİDA”çı bağışlanmasını istəyir – MÜRACİƏT

Daha bir “NİDA”çı bağışlanmasını istəyir – MÜRACİƏT