backend

Azərbaycanda 221 minlik dələduzluq

Azərbaycanda 221 minlik dələduzluq






















Cinayət işi məhkəməyə göndərilib.

Vətəndaş Əlican Səfərovun qanunsuz hərəkətlərinə dair Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş prokurorluqdan Oxu.Az-a daxil olan xəbərdə istintaq zamanı Əlican Səfərovun “Polymer-Trade Ltd” şirkəti ilə “Azərikimya” Dövlət Şirkətinin “Etilen-Polietilen” zavodu arasında bağlanmış müqaviləyə uyğun olaraq alıcı “Polymer-Trade Ltd” şirkətinin məlumatı olmadan şirkətin adından saxta etibarnamə ilə hazırladığı sifariş məktublarından istifadə edərək müxtəlif dövlətlərdə yerləşən şirkətlərə 221 min 450 manat dəyərində 215 ton yüksək təzyiqli polietilen məhsullarının göndərildiyi qeyd olunur.

Onun “Polymer-Trade Ltd”–yə məxsus külli miqdarda əmlakın dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma), 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq zamanı ziyanın ödənilməsi qismən təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.