backend

SOCAR-da korrupsiya qalmaqalı: Rəhman Qurbanov bitirilir

SOCAR-da korrupsiya qalmaqalı: Rəhman Qurbanov bitirilir















SOCAR-da ciddi kadr dəyişiklikləri gözlənilir.

Tendensiya.com-a daxil olan məlumata görə, SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Rəhman Qurbanov vəzifəsindən çıxarılacaq. Onun SOCAR rəhbərliyi başda olmaqla siyasi hakimyyətlə də problem yaşadığı deyilir.

Qeyd edək ki, 18 elmi-məqalə, 22 patent və ixtira, 6 monoqrafiyanın müəllifi Rəhman Qurbanov siravı neftçidən indiki vəzifəsinə qədər irəliləyib. Və SOCAR rəhbərliyində tanınmış simalardan biridir. Bununla belə Rəhman Qurbanovun adı bir-neçə dəfə korrupsiya qalmaqallarında hallanıb.

SOCAR-da korrupsiya qalmaqalı: Rəhman Qurbanov bitirilir
Rəhman Qurbanov








Rəhman Qurbanovun Azərbaycanda və eləcə də, ABŞ və Avropa ölkələrində dəyəri milyonlarla ölçülən daşınmaz əmlaka sahibdir. Bütün bu əmlaklara isə Rəhman Qurbanovun SOCAR-da vitse-prezident vəzifəsində çalışdığı dövrdə sahib olduğu deyilir.

Belə ki, SOCAR-ın Böyük Britaniyada rəsmi nümayəndəliyinin direktoru olmuş Rüfət Əfəndiyev SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovdan Prezident İlham Əliyevə şikayət ünvanlayıb.

Rüfət Əfəndiyev dövlət başçısına ünvanladığı məktubda SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun qızı Səidə ilə 18 il evli olduğunu, birgə nikah dövründə Bakıda və xaricdə xeyli əmlak aldığını, 2016-cı ildə boşandıqdan sonra isə müəyyən təzyiq nəticəsində Bakıdakı bütün daşınmaz əmlaklarından Səidə Əfəndiyevanın xeyrinə imtina etdiyini qeyd edirdi.

SOCAR-ın vitse-prezidentinin keçmiş kürəkəni Azərbaycan Prezidentinə ünvanladığı şikayət məkubunda xaricdəki mülklərinin Rəhman Qurbanovun zorla əlindən almaq istədiyini yazmışdı.

Bir müddət əvvəl qlobal.az-ın saytının yaydığı məlumatda bildirilirdi ki, bu hadisədən sonra Rəhman Qurbanovun gizli olaraq xaricdə böyük kapitala sahib olduğu aşkarlanmışdır.

Vitse-prezidentin bu əməlləri-kassadan gizli miyonlar yayındırmağı hakimiyyətin yuxarı instansiyalarında da böyük narahatçılıq yaradıb. Buna görə, də yaxın zamanlarda Rəhman Qurbanovun vitse-prezidentlik vəzifəsində azad olunacağı, onun yerinə isə Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun təyin olunacağı deyilir.

Bu arada qeyd edək ki, Rəhman Qurbanov Rüfət Əfəndiyevin SOCAR-la bağlı kompromatları xarici mediaya sızdırdığı ilə bağlı məlumatlar dövriyyəyə buraxaraq onun siyasi hakimiyyətin qəzəbinə gətirməyə də çalışdığı deyilir.

Mövzu ilə nağlı araşdırmalarımız davam edir.