backend

Məşhur fizika professoru Stiven Hokinq dünyasını dəyişdi

Məşhur fizika professoru Stiven Hokinq dünyasını dəyişdi














Dünyanın məşhur alimi Stiven Hokinq 76 yaşında dünyasını dəyişib.
AZTB.info xəbər verir ki, alimin müalicəsi olmayan “ALS” xəstəliyi səbəbindən vəfat etdiyi bildirilib.

Layihələri və fikirləri ilə dünyada məşhurlaşan professor planetin ən ağıllı adamlarından biri idi.

Hokinqin uşaqları Lusi, Robert və Tim atalarının olümü ilə bağlı yazılı açıqlama veriblər:
“Sevimli atamızı bu gün itirdik. Çox böyük elm adamı, işləri və mirası illər boyu yaşayacaq fövqəladə insan idi”.
Hokinq 21 yaşında, yəni 1960-cı illərin əvvəlində müalicəsi olmayan xəstəliyə yoluxur. Neyronların 80%-ini məhv edərək sinir sistemini iflic edən bu xəstəlik beyinin fəaliyyətinə təsir etmir. Stiven uzun illər əlil arabasında yaşayıb.

Alim 1985-ci ildə səsini də itirir. Arabaya yerləşdirilən və yazıları səsə çevirən bir kompüter sayəsində insanlarla əlaqə qururdu.

Kitabları 40 dilə tərcümə edilib.