backend

Putinin azərbaycanlı dostu 500 milyonluq səhmlərini satdı — "Kreml siyahı”sı öz təsirini göstərir

Putinin azərbaycanlı dostu 500 milyonluq səhmlərini satdı — "Kreml siyahı”sı öz təsirini göstərir














Rusiyada yaşayan azərbaycanlı oliqarx-milyarder İlham Rəhimov gözlənilməz addım atıb.
AZTB.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidentinin yaxın dostu olan iş adamı bu ölkədəki daşınmaz əmlak bazarından geri çəkilib. Belə ki, biznesmen "Kiyevskaya ploşad” şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. İ. Rəhimovun bu şirkətdəki səhmlərinin 500 milyon dollar dəyərində olduğu bildirilir.

Məlumata görə, səhmlərin yeni sahibi iş adamının Azərbaycanda qeydiyyatdan keçmiş "Fina” hüquq şirkətindəki tərəfdaşı olub.
Onun bu addımı atmasına səbəb isə ABŞ Maliyyə Nazirliyi tərəfindən yanvar ayında "Kreml siyahısı”nın açıqlanması olub.
Xatırladaq ki, "Kreml siyahısı”na Kremlə yaxın məmurlarla yanaşı, bəzi oliqarxların da adı daxil edilib. Maraqlı məqam isə, həmin adlar arasında İ. Rəhimovun adının olmamasıdır.