backend

“Bu, 3-cü Dünya Müharibəsi deməkdir” — Ərdoğan anons verdi

“Bu, 3-cü Dünya Müharibəsi deməkdir” — Ərdoğan anons verdi













Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan maraqlı açıqlamalar verib.
AZTB.info xəbər verir ki, ölkə başçısı ABŞ-ın Suriyada postlar qurmasına münasibət bildirərkən 3-cü Dünya Müharibəsi hazır olmalı olduqlarını deyib:

“Suriyada 20 post qurulub. Bunlar niyə qurulub ki? Ağıla gələn ilk şey Türkiyə və İran olur. Hər halda Rusiya deyil. Bu da onsuz da 3-cü Dünya Müharibəsi anlamına gəlir. Hər şeyə hazır olacağıq”.
Ərdoğan ABŞ-ın Suriya ilə sərhəd olmadığını, bu ərazidə nə işləri olduğunu da soruşub: “Amerikanın burada sərhədi var? Nə işləri var ki, buralarda? Koalisiya gücləri kiminlə hərəkət edir? Deyim: YPG ilə. Onların bu qədər silah-sursat gətirdiyi yerə biz yardım aparırıq. Aramızdakı fərq budur. Cənab Tillersona da xüsusilə anlatdım. Bunları buraya niyə gətirirsiniz dedim. İnanın ki, səsi çıxmadı”.