backend

Bakıda kriminal avtoriteti öldürənlə bağlı SON QƏRAR

Bakıda kriminal avtoriteti öldürənlə bağlı SON QƏRAR













Bakıda kriminal aləmdə tanınmış avtirotet Baləhməd Baləhmədovu öldürməkdə təqsirli bilinən Elxan Ağayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Elxan Ağayevin cəzasının yüngülləşdirilməsi barədə verdiyi apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Ağayev 18 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl ötən il martın 22-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Baləhmədovu bıçaqla qətlə yetirib.
Cinayəti törətmiş Elxan Ağayev Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

O, ifadəsində bildirib ki, hadisədən 1 ay əvvəl Baləhməd Baləhmədov onu bıçaqlayıb. Hadisə vaxtı Elxan Ağayev qisas məqsədilə onu öldürdüyünü etiraf edib.

Elxan Ağayev Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilib.

Dünyasını dəyişmiş Baləhməd Baləhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə nüfuzlu şəxslərdən olub.