backend

Prezident: "Cümhuriyyətin süqutu bizə dərs oldu"

Prezident: "Cümhuriyyətin süqutu bizə dərs oldu"















"Bu gün Bakıda ilk dəfə Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək".
AZTB.info-nun məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib. O bildirib ki, gələn ay Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edir. Azərbaycan hazırda Avropa İttifaqı ilə yeni əməkdaşlıq sənədi üzərində işləyir. Bütün bunlar Azərbaycanın məqsədinin dostluq və tərəfdaşlığa yönəldiyini göstərir. Nailiyyətlər göstərir ki, Azərbaycan düzgün yoldadır".
Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı azad cəmiyyətdə yaşamaq istədiyini sübut edib: “Respublikanın qurucuları elə bir cəmiyyət qurulmasını istəyirdilər ki, orada bütün insanların hüquqları qorunsun. Azərbaycan Xalq Cümhuriyyətinin bugünkü Azərbaycanın inkişafında rolu böyükdür. Onlar 100 il öncə mühüm qərarlar qəbul ediblər, məsələn, onlar qadınlara səsvermə hüququnun verilməsini qəbul ediblər. Bu, Avropa dövlətlərindən əvvəl olub.

Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu çox çəkmədi, iki ildən az oldu. Cümhuriyyətin süqutu bizə dərs oldu. Müstəqilliyi qazanmaq onun qorunmasından daha asandır. Azərbaycan bu gün sözün əsl mənasında tam müstəqil ölkədir. Gələcəklə bağlı qarşımızda çox aydın planlar var. Azərbaycan Demokratik Respublikasının qurucuları ölkənin bugünkü inkişafını görsəydilər, qürur hissi keçirərdilər. Ölkələr yalnız müstəqil olanda inkişaf edə bilər. Azərbaycanın da inkişafı bu cürdür. Müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir. Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik".