backend

Azərbaycan əhalisinin sayı artdı – SON RƏQƏMLƏR

Azərbaycan əhalisinin sayı artdı – SON RƏQƏMLƏR






















Əhalinin 71,8 faizi 15-64 yaşda olanlardır.

İlin əvvəlindən ölkə əhalisinin sayı 75,4 min nəfər və ya 0,8 faiz artaraq 2014-cü il sentyabr ayının 1-i vəziyyətinə 9552,5 min nəfərə çatıb.

qaynarxett.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub.

“Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,8 faiz təşkil edir, 49,7 faiz kişilərdən, 50,3 faiz qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1011 nəfər qadın düşür”, - məlumatda deyilir.