backend

İraq ordusu İŞİD yaraqlılarını yandıracaq – VİDEO + FOTO

İraq ordusu İŞİD yaraqlılarını yandıracaq – VİDEO + FOTO






















Bu işdə onlara ruslar kömək edirlər.

Pentaqondan verilən son məlumata görə, islamçıların mövqelərinin bombardman edilməsinə baxmayaraq, Suriyanın strateji mühüm şəhəri Kobani, “İslam Dövləti” (İŞİD) yaraqlılarının əlinə keçə bilər.

“Kobani süquta uğraya bilər. Sakinlər şəhəri tərk edir, əhalinin əsas hissəsi təxliyyə edilib. Əgər Kobani süquta uğrasa bu, dəhşətli son olacaq”, - jurnalistlərlə görüşdə rəsmi nümayəndə Con Kribi bildirib.

qaynarxett.az BBC-yə istinadən xəbər verir ki, onun sözlərinə görə amerikalı HHQ islamçıların şəhər ətrafında yerləşən mövqelərinə vurduqları zərbələrin sayı artırılıb (üçüncü gün ərzində aviazərbələrin sayı 18-ə çatıb), bununla yanaşı yaraqlılar da hücumu gücləndirir və şəhəri ələ keçirməyə çalışırlar.

Kobanini artıq 200 min adam tərk edib. Mühasirəyə alınmış və kürd muxtar vilayətinin əsas şəhərlərindən olan bu şəhərin ətrafında yerləşən yüzlərlə kənd yaraqlıların nəzarəti altına keçib.

ABŞ koalisiyasının başçılıq etdiyi aviazərbələr yaraqlıları qismən yavaşladıb, Eurones bildirib.

Üçüncü gün kürd birləşmələri beşinci gün tərk etdikləri iki strateji mühüm məntəqəni ələ keçirməyə müvəffəq olublar. Amma “İslam Dövləti” yaraqlıları hələ də Kobaninin yarısına nəzarət edirlər. Şəhərin süqutu faciəvi sona və minlərlə insanın həlak olmasına gətirib çıxara bilər.

Qonşu İraqda ekstremistlər Əl-Anbar vilayətinin 85%-nə nəzarət edirlər, burada əhalinin əksəriyyəti sünnilərdir.

Üçüncü gün səhər onlar yenidən Ramadi şəhərini ələ keçirməyə çalışıblar, amma İraq hərbçiləri bunun qarşısını almağa müvəffəq olublar.

“İslam Dövləti” qruplaşması Falluci rayonunda qüvvələrini toplayır – bu, hakimiyyət qoşunlarının son şansıdır. Əgər bu şəhəri ələ keçirsələr Bağdada yol açılacaq.

İraq ordusu paytaxtı qorumağa hazırlaşır. Hərbçilərin sərəncamına Rusiyadan TOC-1A reaktiv odsaçan sistemi daxil olub. Bu sistem 24 lüləli atəş sisteminə malikdir. Bu silah İraqda ilk dəfə istifadə ediləcək.

İraq ordusu İŞİD yaraqlılarını yandıracaq – VİDEO + FOTO

İraq ordusu İŞİD yaraqlılarını yandıracaq – VİDEO + FOTO

İraq ordusu İŞİD yaraqlılarını yandıracaq – VİDEO + FOTO

İraq ordusu İŞİD yaraqlılarını yandıracaq – VİDEO + FOTO